İNTERNET BEYNƏ NARKOTİK QƏDƏR DAĞIDICI TƏSİR GÖSTƏRİR
İnternet asılılığı olan şəxslərin beynində emosiya, qərar qəbul etmə və özünü idarəyə nəzarət edən zonayla əlaqə yaradan sinir tellərinin məhv olduğu aşkara çıxıb
12-01-2012 / 17:46
Faktxeber.com-un verdiyi məlumata görə, insanlarda internet asılılığının olması beynə narkotik və spirtli içkilər qədər dağıdıcı təsir göstərir.
Çinli alimlər daim internetlə rabitədə olan 14-21 yaş arası 35-ə qədər insanlar üzərində araşdırma aparıblar. Məlum olub ki, bu şəxslərin 17-si, yəni sınaqda iştirak edənlərin yarısı internet asılılığına tutulub.
Belə şəxslərin beynində emosiya, qərar qəbul etmə və özünüidarəyə nəzarət edən zonayla əlaqə yaradan sinir tellərinin məhv olduğu aşkara çıxıb.
Beləliklə də, cəmiyyətimizdə hazırda tüğyan edən laqeyidliyin əsas səbəblərindən birinin səbəbi aydınlaşıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.