Hüquq müdafiəçisi Ələkbər Məmmədovun Faktxeber.com-a verdiyi məlumata görə, əsgər Əliyev Amil Vaqif oğlu faktiki 15 gün öncə rəsmən ordudan tərxis olunsa da, zorla hərbi hissədə saxlanılır. Amil Əliyev 2010-cu ildə Astara rayon Hərbi Komissarlığından Salyandakı N saylı hərbi hissəyə hərbi xidmətə göndərilib və 1 il 3 aydır ki orada xidmət edir. Xidmət zamanı onda qasıq yırtığı yarandığı üçün əməliyyata aparılarkən yolda qəzaya düşmüş və qolu sınmışdır. O Bakıya gətirilib, lakin yalnız qolu müalicə edilib hərbi hissəyə qaytarılıb. Bu yaxınlarda o yenidən Bakıya Müdafiə Nazirliyinin Hərbi Hospitalına gətirilib və müayinə zamanı məlum olub ki, əsgərin cəmi bir böyrəyi var və həmin böyrəyində də böyrək çatışmamazlığı xəstəliyi var. Dərhal əsgərin ordudan tərxis olunması üçün qərar verilib və o sənədləşmə işləri üçün xidmət etdiyi hərbi hissəyə göndərilib. Tərxis olunma haqqında qərardan 15 gün keçməsinə baxmayaraq əsgər hələ də zorla hərbi hissədə saxlanılır.
Ələkbər Məmmədov bildirib ki, xəstə əsgər Amil Əliyevdən rüşvət almaq məqsədilə onu hərbi hissədə qanunsuz saxlayırlar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.