İRAN ƏTRAFINDA VƏZİYYƏT SÜNİ SURƏTDƏ GƏRGİNLƏŞDİRİLİR
Rusiyanın "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko belə deyib
12-01-2012 / 17:13
ABŞ və İran hazırda əlaqələrinin ən ağır, böhranlı dönəmlərindən birini yaşayır. Bəs görəsən bu vəziyyəti yüngülləşdirməyin bir yolu varmı?
«Rossiya 24» kanalına müsahibə verən Rusiyanın «Milli Müdafiə» jurnalının baş redaktoru İqor Korotçenko məsələ ilə əlaqədar münasibət bildirib.
O, bildirib ki, uranın zənginləşdirilməsi barədə İranın proqramı son dərəcə dinc məqsəd daşıyır: «İranın nüvə silahı əldə etməsi barədə iddialar isə təxribatdan başqa bir şey deyil. Bu barədə faktiki olaraq heç bir sübut yoxdur».
Jurnalın baş redaktoru İran ətrafında vəziyyətin süni şəkildə gərginləşdirildiyini bildirib: «İslam dövlətinə hərbi təzyiqlər edilir. Tehran da öz növbəsində əzilən tərəf olmaq istəmədiyindən fəaliyyətlərində qətiyyətlilik göstərir».
İqor Korotçenko son olaraq bildirib ki, uranın zənginləşdirilməsinin hərbi xarakter daşıdığı haqqında şübhələri dağıtmaq üçün İran onunla müttəfiqlik etmək istəyən ölkələrin dəstəyi ilə özünün nüvə proqramı ətrafında tammiqyaslı danışıqlar formatına keçməlidir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.