FaktXeber.com-un verdiyi məlumata görə, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin monitorinqini dair hesabatı açıqlayıb. Nəzərə alsaq ki, həlak olan və yaralanan hərbçilərin əksəriyyəti qeyri döyüş şəraitində bədbəxt hadisə zamanı xəsarət alaraq dünyalarını dəyişiblər. Dünya təcrübəsindən məlumdur ki, hər hansı münaqişə tərəfləri arasında atəşgah rejimi elan olunursa, hər ikin tərəfdə itkilərin sayı minimum səviyyəyə enməlidir. Lakin Azərbaycanla bağlı göstəricilər ölkənin müharibə şəraitində olmasında xəbər verir. Keçən il ərzində 97 nəfəri hərbiçinin həlak olması hərbiçilərin təhlükəsizliyinin hansı səviyyədə olmasının ən bariz nümunəsidir.
“Atəşkəs dövründə kifayət qədər hərbçinin bədbəxt hadisələrlə üzləşməsinin səbəbi nədir”, - sualına aydınlıq gətirən Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının (ATMİA) prezidenti, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli, atəşkəs dövründə itkilərin azalmasının qaçılmaz olduğunu bildirdi.