Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının təşəbbüsü ilə ADP-nin mərkəzi qərargahında görüş keçirilib. ADP mətbuat xidmətinin rəhbəri Nürəddin İsmayılovun FaktXeber.com-a verdiyi məlumata görə, hər iki partiyanın rəhbər heyətinin qatıldığı bu görüşdə Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyət və müxalif partiyaların ikili və çoxtərəfli qaydada inteqrasiya olunması, həmçinin qarşıdan gələn dövr ərzində bu əlaqələrin daha da inkişaf etdirilməsi əsas müzakirə obyekti olub.
Görüşdə AMİP tərəfdən partiyanın sədri Yusif Bağırzadə, AMİP Baş Qərargahının sədri A.Əlizadə, AMİP Siyasi Şurasının sədri R.Bayramov və AMİP siyasi Şurasının üzvü A.Əliyev, ADP tərəfdən ADP sədri S.Cəlaloğlu, ADP Ali Məclisinin sədri V.Şirinov, ADP sədrinin seçki məslələri üzrə müavini T.Əliyev və partiyanın mətbuat xidmətinin rəhbəri N.İsmayılov iştirak edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.