Zəfər Quliyev, Müslimat Rzaxanova və Elçin Sadıqov "İnsan Haqları Uğrunda" İctimai Birliyində
12-01-2012 / 16:00
FaktXeber.com xəbər verir ki, tanınmış politoloq Zəfər Quliyev Eynulla Fətullayevin rəhbərlik etdiyi "İnsan Haqları Uğrunda" İctimai Birliyində təsis edilmiş analitik xidmət üzrə departamentin rəhbəri təyin edilib. Politoloq əsasən bu yaxınlarda ictimai birlik tərəfindən ifadə azadlığı və demokratiya böhranı yaşanan ölkələrdə başlanacaq beynəlxalq monitorinq prosesinin nəticələrinin təhlili üzrə qrupa daxil olacaq. Yeri gəlmişkən, bu proqramla bağlı yaxınlarda ictimaiyyətə geniş məlumat veriləcək.
Eyni zamanda, məlum olduğu kimi son zamanlar"İnsan Haqları Uğrunda" İctimai Birliyin xüsusi monitorinq qrupu həbsxanalarda və cəzaçəkmə müəssisələrində monitorinqlər keçirir, məhkumların saxlanma şəraitinin Avropa Penitensiar Qaydalarına uyğunluğunu yoxlayır. Birliyin qarşısında duran ən prioritet məsələlərdən biri də - Qobustan qapalı həbsxanasında saxlanan ömürlük məhbusların hüquqlarının müdafiəsidir. Bununla əlaqədar olaraq, Birliyin ömürlük məhbuslarla bağlı departamenti yaradılmış və departamentin rəhbəri vəzifəsinə Qobustan həbsxanasında saxlanan məhkumların ailələrinin komitəsinin sədri Müslimat Rzaxanova təyin edilib.
Eyni zamanda tanınmış vəkil Elçin Sadıqov Birliyin hüquq departamentinin rəhbəri təyin edilib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.