Qalib Toğrul: "Yanacağın qiymətinin artırılması ilə bağlı ilk öncə ARDNŞ Taarif Şurasına müraciət etməlidir"
12-01-2012 / 15:15
Xəbər verdiyimiz kimi ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə 12,03 faiz bahalaşma qeydə alınıb. İnflyasiyadan sonra Bakıdakı qiymətlər 15,76 faiz, regionlarda isə 8,46 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya ərzaq məhsullarında olub - 19,35 faiz. Qeyri-ərzaq məhsullarında artım 2,64 faiz, xidmətlərdə isə 5,73 faiz təşkil edib. 2012-ci ildə ərzaq və yanacaq mallarının qiymətində hər hansı bir artım gözləniləndirmi?
Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Qalib Toğrul, təmsil etdiyi qurumun cari ildə ölkədə olan inflyasiyanın aylıq və illik hesabatını apardığını bildirdi: “Ölkələrdə olan inflyasiyanın hesablanması yerli təşkilatlarla yanaşı, beynəlxalq təşkilatlar tərəfindən də aparılır. Son bir il ərzində ərzaq və meyvə-tərəvəz mallarının qiymətində ciddi bahalaşma müşahidə olunur. Ekspertlər hazırda bu istiqamətdə olan bahalaşmanın davam edəcəyini bildirirlər.”
Büdcə xərclərinin artması ilə yanaşı inflyasiyanın da çoxalmasının qaçılmaz olduğunu vurğulayan Qalib bəy, “büdcə xərcləri artdıqca inflyasiyanın və xərcləmələrin artması qaçılmazdır. BVF bu ilki inflyasiyanın miqdarının 10,3% olduğunu açıqlayıb”, - deyə bildirdi: “Lakin hökumət rəsmilərinin dediklərindən belə aydın olur ki, Azərbaycanın bu istiqamətdə yeganə məqsədi ölkədə inflyasiya göstəricisini tək rəqəmli saxlamaqdan ibarətdir”
“Ölkədə yanacaq məhsullarının qiymətində də artım gözlənilirmi”, - sualına da aydınlıq gətirən ekspert, “bunun üçün ilk öncə ARDNŞ Taarif Şurasına müraciət etməlidir. Lakin keçən il ərzində belə bir müraciət olmadı. Bu ilin birinci yarısında yanacağın qiymətinin artmasında hər hansı bir irəliləyiş gözlənilmir”, - deyə cavablandırdı.
Lakin bəzi ekspertlər ilin ikinci yarısında artımın gözlənildiyini bildirirlər. Bu isə ümumilikdə ölkədə bütün qiymətlərin bahalaşması deməkdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.