RUSİYANIN QEYRİ-QANUNİ 158 MİLYARD DOLLARLIQ PUL DÖVRİYYƏSİ!
12-01-2012 / 13:14
Rusiya Mərkəz Bankı və Daxili İşlər Nazirliyinin hesablamalarına görə, 2011-ci ildə qeyri-qanuni pul dövriyyəsinin həcmi 5 trilyon rubla (158 milyard dollar - red.) çatıb. Bu rəqəm isə Rusiyanın ümummilli gəlirinin 10 faizinə bərabərdir.
FaktXeber.com-un "The Moscow Times"a istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyi araşdırma nəticəsində 2011-ci ilin yanvar-noyabr tarixləri arasında 56 min 700 maliyyə cinayəti aşkarlayıb. Məlumatı maliyyə cinayətləri şöbəsinin rəisi polis mayoru Oleq Borisov da təsdiqləyib.
2011-ci ilin ilk 11 ayında ümumi dəyəri 1,2 milyard rubl olan 653 nəğd pul dövriyyəsi həyata keçirilib. Maliyyə cinayətlərinin 33,4 faizini fırıldaqçılıq, 32,4 faizini narkotik qaçaqmalçılığı və satışı, 9,6 faizini qeyri-qanuni kredit və 6,2 faizini isə qaçaqmalçılıq təşkil edib.
Borisov saxta iflaslarla qazanc əldə etmək cəhdlərində də artım olduğunu, 2011-ci ildə 500-dən artıq bu cür maliyyə cinayəti aşkarlandığını söyləyib.
Omsk bölgəsində aşkarlanan saxta iflas hadisəsini nümunə göstərən səlahiyyətli, "bir neft və kimyəvi məhsullar şirkəti öz nəzarətində olan başqa bir şirkətə səhmlərini verdikdən sonra iflasını açıqlayıb. Şirkətin ortaqları isə bu şəkildə təxminən 7 milyard rubl (1 dollar=31 rubl) zərərə salınıb", - deyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.