FaktXeber.com-un verdiyi məlumata görə, Əfqanıstanda dörd amerikalı əsgərin Taliban döyüşçülərinin cəsədlərini mundarlayarkən çəkilmiş videosu ABŞ-da mübahisələrə səbəb olub. İstintaq başladılıb .
Görüntülərdəki dörd əsgər yerdəki meyidləri murdalarlayarkən çəkilib. Videoda bir əsgərin "Yaxşı günlər dostum!" dediyi də eşidilir. Amerikalı səlahiyyətlilər videonun harada çəkildiyi və əsgərlər barədə hələlik açıqlama verməyiblər. Ancaq səlahiyyətlilər həmin 4 əsgərin şəxsiyyətlərini müəyyənləşdirməyə çalışdıqlarını bildiriblər.
ABŞ-da müsəlman haqqlarını müdafiə edən İslam Amerika Əlaqələri Şurası videogörüntüləri "iyrənclik və əxlaqsızlıq" adlandırıb. Şura nümayəndəsi İbrahim Hooper açıqlamasında görüntülərin sübuta eytiyacı olmayan həqiqət olduğunu söyləyib.
Xatırladaq ki, Amerika ordusu 2010-cu ildə Qəndəharda vilayətində əfqan vətəndaşları öldürməklə günahlandırılan beş əsgəri mühakimə edir. ABŞ-ın hazırda Əfqanıstanda 20 min əsgəri var və bu əsgərlərin çoxu Qəndəhar və Helmand vilayətlərində yerləşir. Ümumilikdə isə Əfqanıstandakı koalisiya əsgərlərinin sayı 90 mindir. Bu ordunun 2014-cü ildə çıxarılması planlaşdırılır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.