KÖRPƏ HEPATİTƏ QARŞI VURULAN PEYVƏNDDƏN SONRA VƏFAT ETDİ
Hakasıyada istintaqın ilkin araşdırması zamanı məlum olub ki, qızcığaz tamamilə sağlam doğulub və ailədə bundan əlavə daha iki uşaq var
12-01-2012 / 11:09
Faktxeber.com-un verdiyi məlumata görə, Rusiyanın Hakasiya vilayətində hüquqmühafizə orqanları hepatitə qarşı vurulan peyvənddən sonra vəfat edən körpənin ölümünü araşdırırlar.
Belə ki, Bondarevo kəndində tibbi ambulatoriyada 1 aylıq qızcığaza planlı peyvənd vurulub. Axşam təqribən 8 radələrində uşaq yatızdırılıb, lakin səhəri günü onun öldüyü məlum olub.
İstintaqın ilkin araşdırması zamanı məlum olub ki, qızcığaz tamamilə sağlam doğulub və ailədə bundan əlavə daha iki uşaq var.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.