DÜNƏN PAYTAXT BAKIDA 37 CİNAYƏT HADİSƏSİ QEYDƏ ALINIB
12-01-2012 / 10:17
Bakı şəhər Baş Polis İdarəsindən FaktXeber.com-a daxil olan məlumata görə, 11 yanvar 2012-ci il tarixində Bakı şəhərində gün ərzində 37 cinayət faktı qeydə alınıb ki, onların da 15-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılıb. Axtarışda olan 2 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bakı şəhər avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər yaralanıb. Bakı şəhər polis orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli olduğuna görə 9 nəfər tutulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.