Tofiq Yaqublu: Arzu edərdik ki, Azərbayacanda keçirilən növbəti seçkilər İP-nın keçirdiyi seçkilərin 50-60%-i kimi olsun
11-01-2012 / 17:28
İctimai Palatanın Koordinasiya Şurasına keçirilən seçkilərin saxtakarlıqla sona çatması ilə bağlı bəzi mətbuat orqanları və müxalifət yazarları tərəfindən tənqidi məlumatlar yayılıb. Yazılanları qısa bir formada ifadə etsək, bunları deyə bilərik ki, iqtidarı 3 dəqiqəlik efir vaxtına görə qınayan və 500 nəfərdən ibarət seçicinin idarəçiliyində bu qədər əziyyə çəkən İP ölkədə keçirilən seçkilərin demokratik və doğru olmasını tələb edərək öz namizədlərinə çıxış üçün elə 3 dəqiqəlik vaxt verir.
Deyilənlərlə bağlı FaktXeber.com-a açıqlama verən Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu, İP-nın cəmiyyətdə mübarizə apardığı dəyərlərdən birinin azad seçkiyə yiyələnmək olduğunu bildirdi: Eyni halda sərbəst toplaşmaq azadlığına nail olmaq, şər və böhtanlarla mübarizə aparmaq İP-nın əsas hədəflərindən biridir. Palatanın keçiridiyi seçkilərə qarşı səsələndirən bu cür fikirlər və seçkilərin nəticələrindən kiminsə narazı qalması təbii bir haldır.
Seçkinin saxtakarlıqla keçirilməsinə dair səsləndirilən fikirlərin böhtan xarakterli olduğunu qeyd edən başqan müavini, kimlərin əlində hər hansı bir fakt vardırsa buyurub göstərsin. Keçirdiyimiz seçkilər tam olaraq ədalətlə baş tutub., - deyə bildirdi.
Arzu edərdik ki, Azərbayacanda keçirilən növbəti seçkilər İP-nın keçirdiyi seçkilərin 50-60%-i kimi olsun. Seçki zamanı hər hansı bir texniki problemlərin olmasının mümkün olduğunu qeyd edən Tofiq Yaqublu, Bu başqa bir məsələdir. Biz də qəbul edirik ki, seçkilərdə mövcud olan şəraitimizlə bağlı texniki problemlər mövcud idi. Lakin bu heç bir halda seçkinin şəffaflığını sual altına ala bilməz., - deyə vurğuladı.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.