Hərəkatın təsis yığıncağı sabah KXCP-nin mənzil-qərargahında keçiriləcək
11-01-2012 / 16:52
Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mənzil-qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının Əsasnamə layihəsi və digər sənədlər müzakirə edilərək qəbul olunub.
Bu barədə FaktXeber.com-a KXCP mətbuat xidmətindən məlumat verilib. Hərəkatın təsis yığıncağı sabah KXCP-nin mənzil-qərargahında keçiriləcək.
Qeyd edək ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azadlıq Partiyası, Liberal Demoakrat Partiyası və Açıq Cəmiyyət Partiyası təmsil olunur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.