GÜRCÜSTANLI JURNALİST AZƏRBAYCANDAN SIĞINACAQ İSTƏYİR
Lazo Lazareişvili: "Gürcüstan hakimiyyəti tərəfindən təzyiqə məruz qalmışam"
11-01-2012 / 16:06
Faktxeber.com-un məlumatına görə, bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitunun mətbuat mərkəzində Gürcüstanlı jurnalist Lazo Lazareişvili mətbuat konfransı keçirib. O mətbuat konfransında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevə müvəqqəti sığınacaq almaq üçün müraciət edib: “Gürcüstan hakimiyyəti tərəfindən təzyiqə məruz qalmışam. Təzyiqlər mənim Avropa Şurasının İnsan Haqqları Məhkəməsinə müraciətimdən sonra başladı. “Metro” qəzetində Gürcüstan hüquq-mühafizə orqanları və xüsusən də məhkəmə sistemindəki vəziyyət barədə silsilə yazılar yazmışam. Ona görə 2009-cu ildə vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə həbs olunmuşam. 9 ay həbsdə saxlandıqdan sonra cərimələnib azadlığa buraxılmışam. Həmin işlə bağlı Avropa Məhkəməsinə müraciətim artıq icraata götürülüb. Odur ki, mənə təzyiqlər daha da artıb. Şikayətimdən əl çəkməyimi tələb edirlər. Azərbaycandan sığınacaq istəyirəm”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.