MOBİL TELEFON "0" ÖDƏNİŞSİZ FACEBOOK DÖVRÜ SONA ÇATIR
Türkiyədə 0.facebook.com səhifəsinin yanvar ayının 18-də bağlanması bu səhifənin Azərbaycanda da bağlanmasını gündəmə gətirib
11-01-2012 / 16:00
FaktXeber.com xəbər verir ki, Türkiyə mobil operatoru "Turkcell", mobil telefonundan facebooka ödənişsiz daxil olmağı təmin edən 0.facebook.com layihəsini yekulaşdırıb. "Turkcell"in abunəçilərinə göndərdiyi mesaja görə "facebook zero" layihəsi yanvar ayının 18-dən sonra fəaliyyət göstərməyəcək.
Bakcell şirkətidə öz abunəçilərinə 0.facebook.com layihəsini təqdim etmişdi. İndi Türkiyədə 0.facebook.com səhifəsinin yanvar ayının 18-də bağlanması bu səhifənin Azərbaycanda da bağlanmasını gündəmə gətirib.
Qeyd edək ki, Bakcell şirkətinin 0.facebook.com səhifəsinin istifadəsi pulsuzdur. 0.facebook.com səhifəsindən pulsuz istifadə yalnız şəbəkə daxilində mümkündür. Ödəniş, yalnız şəkillərə baxanda və ya digər mobil səhifələrinə daxil olanda tətbiq olunur. İstifadəçi şəkillərə baxmağa, və ya digər mobil səhifəyə keçməyə cəhd edəndə, ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə məlumat görsənir.
Türkiyədəki bu kampaniyanın yekunlaşması Bakcell şirkətinə təsir edib-etməyəcəyi barədə şirkəti ilə əlaqə yaratdıq. Şirkətdən saytımıza bildirdilər ki, yaxın zamanda bu barədə açıqlama veriləcək.
***
17.46: Məsələ ilə Bakcell şirkətinin mətbuat xidmətindən FaktXeber.com-a bildirdilər ki, Türkiyədə mobil operatorunun tətbiq etdiyi bu sistemin Bakcell abunçələrinə heç bir aidyyəti yoxdur. Bakcell həmişə olduöu kimi facebook zero ( 0.facebook.com) səhifəsinin pulsuz istifadəsini davam etdirəcək. Abunəçilərimiz bundan tam əmin ola bilərlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.