Eynulla Fətullayev sabiq səhiyyə naziri Əli İnsanovla görüşüb
11-01-2012 / 14:59
“İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev cəzaçəkmə müəssisələrində monitorinq aparmaqda davam edir. Eynulla Fətullayevin FaktXeber.com-a verdiyi məlumata görə, o, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovla görüşüb.
E.Fətullayev bildirib ki, hazırda sabiq səhiyyə nazirinin vəziyyəti yaxşıdır və səhhətində heç bir problem yoxdur.
Birliyinin sədrinin sözlərinə görə, Ə.İnsanov psixoloji təzyiqdən şikayətlənib. O, yazdığı və Moskvada nəşr etdiyi dərsliyin gömrükdə müsadirə olunmasını da qətiyyətlə pisləyib, bunu siyasi motivlərlə əsaslandırıb.
Xatırladaq ki, “İnsan Haqları Uğrunda” İctimai Birliyinin cəzaçəkmə müəssisələrində monitorinq aparmağının əsas məqsədi müəssisələrdə məhkumların saxlanma şəraiti ilə tanış olmaq və məhkumlarla fərdi görüşlər keçirməkdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.