FaktXeber.com xəbər verir ki, İtaliyanın “Tacirlər İttifaqı”-nın (Confesercenti) yaydığı məlumata görə, İtaliya mafiyasının illik gəliri 140 milyard avro civarındadır. İttifaqın yaydığı məlumatda qeyd olunur ki, əldə olunan bu fantastik gəlirin 100 milyard avrosu xalis qazancdır. Mafiya İtaliyada dükandan tutmuş restoranlara, bazardan tumuş hotellərə və bu kimi demək olar bütün gəlir sahələrini əhatə edən obyektlərdən xərax yığmaqla məşğuldur. İnsan haqqlarının qorunduğu yer kimi tanınan Avropanın öndə gedən ölkələrinin birində belə açıq formada hüquq pozuntularının baş verməsi sözügedən məsələdə siyasi arenanı da əhatə edə bilən gizli əllərin olmasından xəbər verir. Gün ərzində İtaliya mafiyası bu ölkədə 1300 cinayət hadisəsi törədir. İttifaqın yaydığı məlumatda həmçinin bildirilir ki, əldə olunan gəlirlərin 60 milyard avrosu narkotik alveri və qaçaqmalçılığı, 870 milyon avrosu insan alveri, 5 milyard 800 milyon avrosu silah qaçaqmalçılığı və 1 milyard 200 milyon avrosu isə digər qaçaqmalçılıq, oğurluq və maxinasiya yolu ilə həyata keçirilir. Bundan əlavə, mafiya qanunsuz ticarət yolu ilə 16 milyard avro, 6,5 milyard avro tenderlərdə udmaqla, 7,5 milyard avro kənd təəsrrüfatı sahəsində törədilən cinayətlər vasitsəilə, 2,5 milyard avro mərcləşmə yolu ilə, 6,5 milyard avro saxta sənədlərin hazırlanaraq onlardan müyyən yerlərdə istifadə olunmasi ilə və digər üsullarlarla gəlir əldə edir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.