DAĞISTANDA POLİSLƏRƏ QARŞI BİR GÜNDƏ İKİ TERROR HADİSƏSİ BAŞ VERİB
Tarumov rayonunda polis ailəsinə silahlı basqın nəticəsində ata və 15 yaşlı qızı hospitalizə edilib, Qızılyurd rayonunda isə partlayıcı qurğunun işə düşməsi nəticəsində istehkamçı həlak olub, 8 nəfər yaralanıb
11-01-2012 / 12:25
Faktxeber.com-un verdiyi məlumata görə, Dağıstanda naməlum şəxslərin hücumu nəticəsində polis və onun 15 yaşlı qızı odlu silahdan aldıqları xəsarət nəticəsində hospitalizə olunublar.
Hadisə Respublikanın Tarumov rayonu ərazisində baş verib.
Naməlum şəxslər əvvəlcə, hüquqmühafizə işçisinin maşının yandırıblar. Polis və ailə üzvləri yanğını söndürmək üçün evdən çıxdıqda isə onlara atəş açılıb.
Digər belə hadisə isə respublikanın Qızılyurd rayonunda baş verib. Belə ki, sahələrin birində tapılan əldəqayırma partlayıcı qurğunu zərərsizləşdirərkən istehkamçı həlak olub, daha 8 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.