Ziraat Türkiyə Kubokunda "Qalatasaray" Türk Telekom Arenada qonaq etdiyi 2-ci liqa komandası olan "Adana Demirspor"u 4:1 məğlub etdi və 4-cü tura yüksəldi
11-01-2012 / 12:19
Faktxeber.com-un verdiyi məlumata görə, Ziraat Türkiyə Kubokunda "Qalatasaray Türk Telekom Arenada "Adana Demirspor"u qonaq edib. Qonaq komanda Adana Demirspor oyuna sürətli başlayan tərəf oldu. Türk Telekom Arenada özlərinə aid olan hissəni dolduran tərəfdarının da dəstəyi ilə yaxşı oyun nümyiş etdirən adanalı futbolçu matçın 11-ci dəqiqəsində qola çox yaxınlaşdı. Sərvətin böyük səhvi nəticəsində qapıçı Üfüqlə üzbəüz qalan Raşitqol şansını əldən verdi.
Bunun əvəzində isə qalatasaraylı Ayxan 16-ci dəqiqədə qonaq komandanı cəzalandırdı-1:0.
Qoldan sonra Qalatasaray oyuna hakimlik edən tərəf oldu. Nəticədə isə 37-ci dəqiqədə Əngin Baytarın,
41 və 67-ci dəqiqədə isə Sərcanın vurduğu qollarla Qalatasaray 4:0 hesabı ilə irəli keçdi. Yalnız oyunun 74-cü dəqiqəsində Adana Demirspor klubu Erçağ Evirgənlə təsəli qolunu vura bildi
Qeyd edək ki, "Cim-Bom" bundan öncəki iki oyunda da 4 ol vurmuşdu:
Samsunspor 2-4 Galatasaray SK
Galatasaray SK 4-1 İstanbul BB
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.