RUSİYADA PROKURORLUĞUN ƏMƏKDAŞINA VƏ HƏYAT YOLDAŞINA SUİ QƏSD OLUB
Uxin ailəsini öldürən şəxs intihar edib
11-01-2012 / 11:29
Faktxeber.com-un verdiyi məlumata görə, Çelyabinskdə naməlum şəxslər şəhər bağçasının yaxınlığında prokuror və onun həyat yoldaşını gülləbaran edib. Hadisə nəticəsində hər ikisi həlak olub.
Baş Prokurorluqdan verilən məlumata görə, öldürülən şəxs - prokurorluğun iqtisadiyyat və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin həyata keçirilməsinə nəzarət şöbəsinin prokuroru Oleq Uxin həyat yoldaşı ilə birlikdə övladını bağçaya ötürürmüşlər.
İlkin məlumatlara görə, cinayətin əsas səbəbi Uxinin həyat yoldaşının hüquq sahəsində peşə fəaliyyəti olub.
Qeyd edək ki, artıq hadısədən bir neçə saat sonra cinayətkarın kimliyi bəlli olub. Lakin hüquqmühafızəçilər onu həbs etmək istəyərkən cani intihar edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.