PAKİSTANDA PİLOTSUZ TƏYYARƏ HÜCUMLARI YENİDƏN BAŞLAYIB: 4 ÖLÜ
11-01-2012 / 11:25
FaktXeber.com-un verdiyi məlumata görə, Pakistanın Əfqanıstanla sərhədindəki Şimali Vəziristana Amerika təyyarələrinin hücumu nəticəsində 4 dinc sakin dünyasını dəyişib.
Şimali Vəziristanın Miranşah bölgəsindəki Taliban xadimləri tərəfindən istifadə edildiyi güman olunan evə təşkil edilən hücum rəsmi mövqelər tərəfindən də təsdiqlənib. Amma ölənlərin Taliban terrorçuları deyil, dinc sakin olduqları bildirilir.
Xatırladaq ki, ABŞ 26 noyabr 2011-ci ildə Pakistanın şimal-qərbindəki bir sərhəd polis bölməsində 24 əsgərin ölümünə səbəb olan hücumdan sonra Pakistan torpaqlarında pilotsuz təyyarələrlə hücumlarına ara vermişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.