Bu sözləri ABŞ Dəniz Qüvvələri rəhbəri admiral Conatan Qreenert söyləyib
11-01-2012 / 11:20
ABŞ Dəniz Qüvvələri rəhbəri admiral Conatan Qreenert İranın bağlamaqla təhdid etdiyi Hörmüz boğazı mövzusundakı hadisələrə görə, ''gecələr yuxusunun qaçdığını'' söyləyib.
FaktXeber.com-un verdiyi məlumata görə, Qreenert Vaşinqtondakı beyin mərkəzlərindən birində etdiyi çıxış zamanı, ''əgər məndən gecələr yuxularımı qaçıran şeyin nə olduğunu soruşsanız, Hörmüz boğazı və Bəsrə körfəzindəki hadisələrdir'', - deyib.
Qeyd edək ki, İran 2011-ci ilin son günlərində ABŞ və AB-nin İran neftinə sanksiya tətbiq edəcəyi halında, dünyanın ən böyük tranzit neft xəttlərindən biri olan Hörmüz boğazını bağlamaqla təhdid etmişdi.
ABŞ rəhbərliyi isə İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcəyini söyləyərək, bunun özləri üçün bir ''qırmızı xətt'' olduğunu bildirmişdi.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.