İTALİYA MAFİYASININ 50 MİLYONLUQ MÜLKÜNƏ ƏL QOYULDU
11-01-2012 / 10:56
FaktXeber.com-un verdiyi məlumata görə, İtaliyada mafiyaya qarşı yaradılmış istintaq qrupu Siciliyanın bir neçə bölgəsində, o cümlədən cənubunda yerləşən Kataniya şəhərində mafiyaya məxsus 50 milyon avro dəyərində mülkləri müsadirə edib. Torpaq sahələri və bir çox mülklərlə yanaşı, mafiyanın bank hesabları da dondurulub.
Mafiyaya qarşı yaradılmış qrupun istintaqçıları “Koza Nostra” mafiya qruplaşması ilə əlaqələri olan Daniele Di Kavoloya məxsus biznesi hədəfə alıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.