ELMAR MƏMMƏDYAROVUN NYU-YORK SƏFƏRİNİN GÜNDƏLİYİ AÇIQLANDI
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasındakı tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gedib
11-01-2012 / 10:44
FaktXeber.com xəbər verir ki, Xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasındakı tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gedib. Nazirin Təhlükəsizlik Şurasının brifinqində və müzakirələrdə iştirakı, çıxışları nəzərdə tutulur.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasına sədrlik edən Cənubi Afrika Respublikasının BMT baş katibi adına verəcəyi ziyafətə qatılacaq, bir sıra ikitərəfli görüşlər keçirəcək.
Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzvdür.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.