FaktXeber.com-un verdiyi məlumata görə, Bakının Xətai rayon sakini 1955-ci il təvəllüdlü Minəxanım Məmmədova yaşadığı mənzildə intihar edib. O intihar variantı kimi sirkə turşusu içməyi seçib. Hadisənin başvermə səbəbləri araşdırılır.
Digər intihar hadisəsi isə Bakının Qaradağ rayonu ərazisində baş verib. Belə ki, rayonun Sahil qəsəbəsi, Emin Quliyev küçəsi 43 b, mənzil 40 ünvanında təmir işləri ilə məşğul olan İmişli rayon sakini 1984-cü il təvəllüdlü Mehdi Ramiz oğlu Rəhimov özünü asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.