Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 10-da və 11-də atəşkəsi pozub. Erməni ordusu saat 15.10-dan 15.20-dək və 16.05-dən 16.15-dək Ermənistanın Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində,
saat 23.25-dən 23.35-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında və adsız yüksəkliklərdə, saat 10.20-dən 10.40-dək, 23.10-dan 23.30-dək və yanvarın 11-də saat 03.00-dan 03.05-dək Tərtər rayonunun Çaylı, Göyarx və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.