Həbsxanada məhbusların saxlanma şəraiti və onlara qarşı olan münasibət kifayət qədər müsbətə doğru dəyişib. Mən 100% əminəm ki, Qobustan həbsxanasında heç bir aclıq aksiyası keçirilməyib
10-01-2012 / 17:12
Bu gün Qobustan həbsxanasındakı 43-ə yaxın məhbusun aclıq aksiyasına başlaması ilə bağlı məlumat yayılmışdır. Buna səbəb kimi isə həbsxananın daxilində yerləşən ərzaq dükanında qiymətlərin həddindən artıq baha olması səbəb göstərilirdi. Məsələ ilə bağlı FaktXeber.com-a açıqlama verən Pentensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məlumatın həqiqətə uyğun olmadığını bildirdi. Hadisə ilə bağlı alternativ araşdırma aparmaq üçün “İnsan Haqları Uğrunda” İctimai Birliyinin Ömürlük Məhbuslarla Əlaqədar Departamentinin sədri Müslümat Rzaxanovaya müraciət etdik. Müslümat xanım məhbuslarla bağlı yayımlanan məlumatın yalan olduğunu bildirdi. “15 ildir ki, Qobustan həbsxanasında baş verən hadisələrlə bağlı ilk informasiyanı biz əldə edirik. Qobustan həbsxanasında hər hansı bir aclıq aksiyası keçirilməyib. Əər hər hansı bir aksiya olsaydı ilk növbədə bizim məlumatımız olardı.”
Hal-hazırda Mədət Quliyevin Qobustan həbsxanasını ciddi nəzarətə götürdüyünü qeyd edən Müslümat xanım, “həbsxanada məhbusların saxlanma şəraiti və onlara qarşı olan münasibət kifayət qədər müsbətə doğru dəyişib. Mən 100% əminəm ki, Qobustan həbsxanasında heç bir aclıq aksiyası keçirilməyib.”,-deyə bildirdi. ”
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.