ANA SƏHİFƏ | HAQQIMIZDA | ZİYARƏTCİ DƏFTƏRİ | FAVORİTLƏRİM | ÜNSİYYƏT | RSS |
MİSİR REALLIĞI | "QƏRB RƏSMİLƏRİNƏ TƏKLİF EDİRİK Kİ, KORRUPSİYAYA BULAŞMIŞ ƏLLƏRİ SIXMASINLAR" | VƏKİLİ JURNALİST NİCAT ƏLİYEVLƏ GÖRÜŞƏ BURAXILMIR | ƏLİ KƏRİMLİ | BEN LADENİN YERİNİ DEYƏN HƏKİM 30 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ | TELEKANALLAR PREZİDENTİN AİLƏSİNİ REKLAM ETMƏKDƏ İTTİHAM OLUNDU | MİSİRDƏ SEÇKİ MƏNTƏQƏSİNİN QARŞISINDA POLİS ÖLDÜRÜLÜB | İCTİMAİ PALATANIN ACLIQ AKSİYASINA YENİ QOŞULANLAR VAR | MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYALARI KEÇİRİLƏCƏK | BİZ BU CÜR ÖZBAŞINALIQLARA QARŞIYIQ |

Foto Xəbər
GİNNESİN REKORDLAR KİTABINA DÜŞƏN DÜNYANIN ƏN BÖYÜK HOVUZU
Əsas Bölmələr

Ölkə

Hərb

Tarix

Analiz

Media

Dünya

Hüquq

Hadisə

İdman

Siyasət

Müsahibə

Araşdırma

Top Secret

İqtisadiyyat

Vətən Oğulları

Elm,Təhsil,Texnologiya

Maraq dünyası

Fotoqalereya

Mədəniyyət

İnfoqrafika

Mənəviyyat

Uşaq aləmi

Karikatura

Sağlamlıq

Sual-Cavab

Audio

Video

Ailə

Gündəm

Sorğu

Nəticələr

Ən Çox Oxunanlar

Ən Çox Şərh Olunanlar


 AİP SƏDRİ İLHAM ƏLİYEVİN SİYASƏTİNİ KƏSKİN TƏNQİD ETDİ

 SİZCƏ, BU POLİS NƏ DEYİR?

 FƏTULLAH GÜLƏN AZƏRBAYCANA GƏTİRİLİR

 AZƏRBAYCAN TAMAŞAÇISI BU QƏDƏR TƏHQİR EDİLMƏMİŞDİ

 İSRAİL "EUROVİSİON" QALİBİMİZİ BELƏ HAZIRLADI - FOTOFAKT

Xəbərlərimiz Sosial Şəbəkədə

 
 
 
ŞİZOFRENİYA
 
 
"Allaha qarşı müharibə", yaxud Anna Nikolayevnanın xəstələri


10-01-2012 / 15:55


Şizofreniya - insanın düşüncə, duyğu və davranışlarında, özünün və ətrafındakıların yaşantısına əhəmiyyətli dərəcədə təsir edən dəyişikliklərə səbəb olan bir rahatsızlıqdır. Bu dəyişikliklər keçici və ya qalıcı ola bilər.

“Şizofreniya” (schizophrenia) termin olaraq zehnin bölünməsi mənasına gəlir və 1900-cü illərin əvvəllərindən istifadə edilməyə başlayıb. Hal-hazırda şizofreniya sözü zehnin bölünməsi yaxud əqli problemlərin təzahürü mənasında istifadə edilir. Əvvəllər buna “erkən bunama”, yəni vaxtından qabaq ağlını itirmək deyilib. Bu, hər zaman ciddi xəstəlik hesab olunub və onun qurbanlarının daimi müalicə altında olması tövsiyə olunur.

Şizofreniyanın səbəbi qəti olaraq bilinməməklə yanaşı, biyokimyasal, ruhi, sosial, ekoloji problemlər zamanı  ortaya çıxması da bəllidir.
 
Unudulmaz Anna Nikolayevna

Həyatda nadir hallarda atdığım addımlara görə sonradan peşmançılıq hissi keçirmişəm. Son zamanlar cəmiyyətdə baş verən və az qala kütləvi hala çevrilməkdə olan psixi pozuntu hallarını izləyəndə, vaxtilə təhsilimi yarımçıq qoyduğum tibb məktəbini xatırlamalı oluram. Psixiatriya müəllimim olan, Rusiyanın tanınmış psixiatrı Anna Nikolayevna təhsilimi yarımçıq saxlamaq fikrimi eşidəndə uzun-uzadı məni fikrimdən daşındırmağa çalışmışdı.

Professorun sözləri indiki kimi xatirimdədir: “Oğul, mən 40 ildir bu sahə ilə məşğulam. Saysız-hesabsız tələbələrim olub. Bir mütəxəssis kimi söyləyirəm ki, sən çox istedadlı psixiatr ola bilərsən. Minlərlə insan ən müxtəlif psixoloji pozuntulardan əziyyət çəkir. Onların aqressiv görünməsinə fikir vermə, əslində son dərəcə zavallı insanlardır. Onlar nə etdiyini anlamayan körpə kimidirlər. Onlara kömək etmək lazımdır. Çox zaman onlar cəmiyyətə nifrət püskürməklə özlərini təsdiq etməyə və bunu bacarmayanda, hamıdan qisas almağa başlayırlar. Gerçək rəqiblərə qarşı gücsüzlüklərini dərk etdikdə isə mücərrəd rəqib uydururlar. Bu zavallılar üçün mühüm olan nəyin bahasına olursa olsun, müzakirə obyekti olmaq, güclü görünməklə, əslində, sındırılmış və alçaldılmış mənliklərinin müdafiəsinə qalxmaqdır. Silsilə qətllər törədən cinayətkarların çoxunu hərəkətə gətirən amil də məhz özünü təsdiq istəyi olub. Mən təcrübəm boyunca belə qatillərlə çox görüşmüşəm. Kamerada onlar necə də yazıq görsənirlər. Mən bu insanlara acıyıram. Axı onlar xəstədirlər. Onlara qarşı mehriban davranmaq lazımdır. Bunu az adam anlayır. Bu xəstələr ən çox köməyə ehtiyacı olan insanlardır. Sən, yaxşı psixatr ola və bu bədbəxtləri müalicə edə bilərsən”.

O zaman Anna Nikolayevnaya izah elədim ki, mənim insan beynini öyrənməyə həvəsim məktəb illərindən yaranıb. O zamanlar qonşuluqda tükürpədən bir hadisə baş vermişdi. Hamı bu hadisənin şokunda idi. Son dərəcə mülayim xasiyyətli, ədəbli insan olan qonşum Vaqif, 20 qəpiyə (söhbət sovet qəpiyindən gedir) görə ağbirçək anasını tikə-tikə doğramışdı. Bütün məhəllə Vaqifi belə addım atmağa nəyin sövq etdiyinin marağında idi. Sonradan bəlli oldu ki, Vaqif şizofreniya xəstəliyindən əziyyət çəkirmiş. Yəni, “şizik” imiş.

Bunlarla belə, Anna Nikolayevnaya qulaq asmadım. Mənim üçün psixi pozuntusu olan insanlarla ünsüyyət çox çətin idi. Özümü tibb içşisi kimi də təsvvür eləmirdim və bu səbəbdən də Kazan şəhərini tərk elədim.  Lakin Anna Nikolayevnanın dərslərini unutmadım. İnsanların üz cüzgiləri,  gözlərinin ifadəsi, davranışları Kazan Ruhi Əsəb Dispanserində müşahidə etdiyim xəstələri yada salır. Onların özlərinə filosof, yazar adları verərək yazdıqlarını oxuduqda, şəkillərinə və özlərinə diqqət yetirdikdə yenə də Anna Nikolayevnanı xatırlayıram: “Xəstələrimin bəzisi özünə professor deyir, bəzisi özünü şahmatçı adlandırır. Maraqlısı odur ki, bu insanlar gerçəkdən inanırlar ki, onlar alim və ziyalıdırlar”.

Yəqin ki, Anna Nikolayevna indi Bakıda olsaydı, şübhələrimə son qoya bilərdi. Bu insanlar arasında neçə faizinin “ağldan kəm” olduğunu izah edərdi.

Lakin artıq deyəsən, şübhəyə belə, əsas qalmır. Bu günlərdə professorun ən sevimli pasienti ola biləcək (müəlliməm ağır xəstələrə daha çox mərhəmət bəsləyirdi) bir kəsin sərsəm, heç bir müzakirəyə layiq olmayan “Allaha qarşı müharibə” müraciətini görəndə xeyli güldüm. Fikirləşdim ki, indi psixatr olsaydım, bu zavallını müalicə edərdim. Yəqin ki, Anna Nikolayevna onun şəklinə diqqət yetirsəydi, “oğlum, bu adam ciddi xəstədir, sevgini və mərhəmətini ondan əskik etmə deyərdi”. Lakin müraciətə imza atanların siyahısına diqqət yetirdikdə, məsələnin daha qəliz olduğu qənaətinə gəldim. Bu, artıq psixatriyanın verə biləcəyi cavablar deyil. Daha dogrusu, yalnız psixatrları maraqlandıran məsələ deyil, eyni zamanda siyasətşünaslığı düşündürən məsələdir.
 
Hakimiyyət gündəmi niyə və necə dəyişdi?


Ötən ilin son günlərində Ziyalılar Forumunun tədbirinə əngəl törədildi. Dünya miqyasında tanınan yazıçı Rüstəm İbrahimbəyov, professor Rafiq Əliyev, professor Cəmil Həsənli və digərləri mətbuat konfransı keçirərək, birbaşa hakimiyyətin ən ünlü simalarını hədəf seçdilər. Bu insanların yalnız Azərbaycanda deyil, eyni zamanda dünyada nüfuz sahibi olduqlarını və sözlərinin çəkilərinin ictima rəyi formalaşdırdığını nəzərə alsaq, iqtidarın təşviş içində olduğunu ehtimal etmək olardı.

Hamıya bəlli idi ki, bayram və istirahət günlərindən dərhal sonra mətbuatın iki əsas müzakirə predmeti olacaq - Ziyalılar Forumunun hədəf secdiyi şəxslərin fəaliyyəti və İctimai Palatanın yeni mərhələ üçün hazırladığı fəaliyyət proqramı. Lakin elə həmin ərəfədə protest eloktoratını parçalayacaq, müzakirələri tamamilə ayrı səmtə sürükləyəcək bir müraciət imzalandı. İqtidar saytlarının vasitəsilə “Allaha qarşı mübarizə”  mövzusu müzakirəyə çıxarıldı və Ziyalılar Forumunun, eyni zamanda İctimai Palatanın göstərdiyi hədəflər  “yaddan çıxdı”.

Adıçəkilən müraciətin İctimai Palatada Koordinasiya Şurasının yeni tərkibi seçilən, daxili mübarizənin gərginləşdiyi bir dövrdə gündəmə gətirilməsini də təsadüfü hesab etmək olmaz. İqtidara qarşı ən kəskin mübarizə aparan bir qurum indi “sekulyar-dindar” qarşıdurması ilə “başını qatır” və real parçalanma ərəfəsindədir. 10 nəfərə yaxın Müsavat Partiyası üzvünün də müraciətə imza atmasını təsadüfü hesab etmək mümkün deyil.

Allaha qarşı müharibə
 
“Allaha qarşı müharibə” müraciətinin məzmun və forması

primitivliyi, savadsızlığı ilə fərqlənir.  Əslində o dərəcədə primitivdir ki, cavaba və müzakirəyə belə, layiq deyil. Bu mövzuda hazırki sətirlərin müəllifi “Fobiya” adlı məqaləsində fikirlərini bölüşdüyündən, bir daha məsələyə qayıtmağı gərəkli hesab etmir. İlqar İbrahimoğlunun “Bolşevizm, nihilizm, yoxsa doqmasekulraizm?” məqaləsində, Elşad Mirinin “Beyinləri ipoteka edənlər”,   Zahid Səfəroğlunun “Allahla “döyüşənlər” məqalələrində 37-ci ilin “danosyazanlarını” xatırladanlara verdikləri cavablar kifayət edir.

Lakin diskussiyanın belə tez bitməsi yenidən Rafiq Əliyev kimi fikir nəhənginin gündəmə gəlməsi, İctimai Palatanın parçalanmadan xilas olması, hakimiyyət mənsublarının adbaad tənqid və ifşa olunması, sosial şəbəkələrdə “virtual atestlər”lə inanclı kəsimin mübarizəsinin yenidən  müxalifət-iqtidar qarşıdurmasına dönməsi demək olardı. Bu isə hakimiyyətin maraqlarına cavab vermir, odur ki, iqtidar “altıncı kolon”u yenidən işə salmaq zorundadır.

Bəlkə də problemlərin mövcudluğunun biri də DTK və digər qurumlarla “sıravi xəfiyyələrin” vaxtında ifşa edilməmsi oldu. Məhz bu şəxslər son on ildə situasiyanı gərginləşdirməklə məşğul olublar. Əgər onlar vaxtında de-şifrə olunsaydılar, indiki pozuculuq fəaliyyətini davam etdirməzdilər.

Cəmiyyəti hədələyən “qaraguruh sekulyarlar”

Azərbaycanda son dərəcə təzadlı bir vəziyyət yaranıb.

Adətən dini radikalizmdən,  dözümsüzlükdən danışılır. Bu gün isə sekulyar radikalizm o həddə çatıb ki, hətta inanclı insanlar dini ritualları həyata keçirdiklərini belə, dilə gətirməkdən çəkinirlər. Özlərini dünyəvi adlandıran, lakin demokratiyanın, etiqad azadlığının əlifbasından xəbəri olmayan, natamamlıq kompleksindən, ailə problemlərindən əziyyət çəkən, seksual azlığa mənsub olduqlarını fəxrlə dilə gətirən və bunun qisasını cəmiyyətdən almaq istəyən, ailə qura bilməməsinin, ailəsinin xəyanət nəticəsində dağılmasının, valideynlərinin daima təhqirlərə məruz qalmasının günahını mentalitetdə və dində görənlərindi də “Allaha qarşı müharibə” elan edirlər. Bu insanların yanında dindən, inancdan danışmaq az qala ən böyük cinayətdir. Transseksuallığı, lesbiyanlığı, homeseksuallığı, fahişəliyi təbliğ etmək olar, körpə qız uşaqlarını erkən cinsi əlaqələrə, narkomaniyaya, pritonlara səsləmək olar, qadınların ərlərinə xəyanətini qəhrəmanlıq adlandırmaq olar, maviliyi ən gözəl dəyər adlandırmaq olar, lakin İslam dinindən, Həzrəti Rəsulallahdan danışmaq, uçrəngli bayrağımızın əsas ideologiyalarından birini əks etdirən rəngdən danışmaq olmaz. “Qaraguruh sekulyarlar” buna görə səni linç edə bilərlər.

“Özünə rəva bilmədiyini, başqasına da rəva bilmə”

Müraciətə imza atanların kimliyinə nəzər salanda, açığı təəccüblənmədim. Anna Nikolayevnadan aldığım dərslər

bu zavallılara qarşı mərhəmətli olmağımı diqtə edirdi. “Allaha qarşı müharibə” elan edənlərin digər qisminin isə daha çox ateist, yoxsa agent olduğunu müəyyən edə bilmədim. Hətta ateist bir insanın 37-ci illərin “üçlükləri” kimi sərt və ultarradikal mövqe sərgiləməsi mümkün də deyil.

Böyük Mövlanə deyirdi: “Özünə rəva bilmədiyini, başqasına da rəva bilmə”. İnsanların yaşam tərzinə, doğmalarının dəfninə və ən həssas məqamlara bunca sayğısız yanaşmaq hansı əxlaqa aiddir?

Tövbə qapısı açıqdır

İmzalar içərisində potensialına, savadına, yad fikirliliyə dözümünə görə daima hörmət bəslədiyim  üç nəfərin olması məndə şok  effekti yaratdı. Bu yazıda yalnız dostum, həmkarım Natiq Cavadlının adını çəkə biləcəyəm. Natiq Cavadlı “Allaha qarşı müharibənin” mənasız olduğunu etiraf etməklə yanaşı, dilə gətirdi ki, “Qərb rasionallığını” “Şərq fenomenindən” üstün tuta bilmək ehtimalı, on illər boyunca sadiqcəsinə xidmət elədiyi Asif Ata ideyalarına da ziddir. Prinsip etibarilə, digər şəxslər üçün də “tövbə qapısı” açıqdır...

Azər RƏŞİDOĞLU
 

Şərh et

Çap variantı

Rəylər

Əsas bölmədəki digər xəbərlər.

n

23/05/2012 - 09:58 3 AYLAR DAXİL OLDU

n

23/05/2012 - 09:52 BU GÜN İMAM MƏHƏMMƏD BAQİR (Ə)-IN DOĞUM GÜNÜDÜR

n

18/05/2012 - 14:22 KADIROV QROZNIDA QURAN HAFİZİ MƏKTƏBİ AÇDI

n

14/05/2012 - 16:24 İRANDA OXUYAN AZƏRBAYCANLI TƏLƏBƏLƏR BƏYANAT YAYDILAR

n

14/05/2012 - 10:16 İLAHİYYATÇI ALİM DİNİ KOMİTƏ SƏDRİNİN İDDİALARINI ALT-ÜST ETDİ

n

12/05/2012 - 15:52 NARDARANDA PEYĞƏMBƏR QIZININ MÖVLUDU QEYD OLUNDU

n

12/05/2012 - 15:32 BU GÜN İKİ DÜNYA XANIMI - FATİMEYİ ZƏHRA (S)-NIN MÖVLUDUDUR

n

10/05/2012 - 11:35 AZƏRBAYCAN İSLAM PARTİYASI MÖVLUD TƏDBİRİ KEÇİRDİ

n

09/05/2012 - 11:56 TÜRKİYƏDƏ RƏSMİ DİNİ TELEVİZİYA ÜÇÜN PROTOKOL İMZALANDI

n

03/05/2012 - 14:44 KILIÇDAROĞLUNUN PARTİYASINDAN MƏSCİDLƏRƏ SSRİ YANAŞMASI

n

02/05/2012 - 16:34 QƏRBİN CAVAB TAPA BİLMƏDİYİ SUALLAR

n

28/04/2012 - 13:33 AŞKARDA ŞEYTANA LƏNƏT EDİB, GİZLİNDƏ ONA İTAƏT ETMƏYƏK

n

23/04/2012 - 11:19 KİLSƏYƏ TƏHQİR RUSİYANI AYAĞA QALDIRDI

n

20/04/2012 - 17:44 2030-cu İLDƏ İNGİLTƏRƏDƏ XRİSTİANLIQ AZLIQDA QALACAQ

n

05/04/2012 - 16:16 TÜRKİYƏDƏ MƏSCİD İMAMINA CİNAYƏT İŞİ AÇILDI

n

05/04/2012 - 12:05 BU GÜN XANIM FATİMƏNİN (S.Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

03/04/2012 - 11:31 PEYĞƏMBƏRİ TƏHQİR EDƏN VƏHHABİ MÜFTİSİ TÖVBƏ EDİB

n

02/04/2012 - 10:05 QURANIN AZƏRBAYCAN DİLİNDƏ TƏRCÜMƏSİNİN ELEKTRON VERSİYASI HAZIRLANIB

n

31/03/2012 - 18:54 QƏFLƏT İÇİNDƏ OYNAYIB ƏYLƏNMƏYƏK

n

28/03/2012 - 10:04 BU DÜNYANIN SEVİNCİ

n

16/03/2012 - 15:04 RUSİYANIN ƏN UCQAR NÖQTƏSİNDƏ YERLƏŞƏN NORİLSK ŞƏHƏR MƏSCİDİ "GUİNNES"Ə DÜŞDÜ

n

14/03/2012 - 16:40 MƏSCİDLƏR KİMİN TABEÇİLİYİNDƏ OLMALIDIR: QMİ-nin, YA BƏLƏDİYYƏLƏRİN?

n

13/03/2012 - 09:51 RƏHMƏT YAĞIŞI

n

09/03/2012 - 13:48 FÜRSƏT, BU FÜRSƏT

n

09/03/2012 - 09:57 ARZULADIĞIN ZİRVƏ SƏNİ GÖZLƏYİR

n

05/03/2012 - 11:57 BÖYÜK DÜŞÜNMƏYİN SİRRİ

n

24/02/2012 - 12:19 1500 YAŞI OLAN KİTABIN "BARNABA İNCİLİ" OLDUĞU BİLDİRİLİR

n

18/02/2012 - 22:55 BAŞ BƏLASI

n

15/02/2012 - 13:10 MƏŞHUR AKTYOR VƏ SSENARİST İSLAMI SEÇDİ

n

13/02/2012 - 16:22 "YOX! İCAZƏ VERİN ÖZÜM İŞLƏYİM"

n

13/02/2012 - 14:33 14 FEVRAL - "AĞILDAN KƏMLƏRİN BAYRAMI" VƏ YA "ƏXLAQSIZLIĞIN SON GECƏSİ"

n

11/02/2012 - 18:24 AİP QADINLAR ŞURASI HƏZRƏT MƏHƏMMƏDİN MÖVLUDUNU QEYD ETDİ

n

11/02/2012 - 15:02 GÜRCÜSTANDA HƏZRƏT MƏHƏMMƏD PEYĞƏMBƏRİN (S) MÖVLUDU QEYD EDİLDİ

n

// - BU GÜN ƏZİZ İSLAM PEYĞƏMBƏRİNİN DOĞUM GÜNÜDÜR

n

04/02/2012 - 16:40 İSLAM MƏZHƏBLƏRİ ARASINDA DİALOQ VƏ YAXINLAŞMA - VƏHDƏT HƏFTƏSİ

n

01/02/2012 - 13:33 İNSANIN ÖLÜM ANINDA ƏN ÇOX PEŞMAN OLDUĞU 5 MƏQAM

n

28/01/2012 - 13:30 İSLAM AĞALAR MƏMMƏDOVA ŞÖHRƏT GƏTİRDİYİ VAXT....

n

26/01/2012 - 10:59 AZANDAN TƏSİRLƏNİB MÜSƏLMAN OLMAĞA QƏRAR VERDİ

n

24/01/2012 - 11:39 BU GÜN İMAM RZANIN (Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

18/01/2012 - 11:14 GÜRCÜSTANIN MARNEULİ ŞƏHƏRİNDƏ ZİYARƏTGAH BƏRPA OLUNUB

n

11/01/2012 - 16:35 1964-2011-Cİ İLLƏRDƏ DÜNYADA HİCAB QADAĞASININ XRONOLOGİYASI

n

10/01/2012 - 15:55 ŞİZOFRENİYA

n

26/12/2011 - 14:59 FRANSADAN MÜSƏLMANLARA QARŞI ÇİRKİN ADDIM

n

26/12/2011 - 12:23 BAKIDA DİNDARLARIN İBADƏT EVİ BAĞLANILDI

n

24/12/2011 - 10:59 EVLƏRDƏN DİNİ ƏDƏBİYYAT YIĞIŞDIRILIR

n

20/12/2011 - 12:34 SEYİD FƏRAMİZİN NİFRİNİ HAL ŞAHİDİNİ TUTDU

n

19/12/2011 - 17:10 ÖLKƏDƏ HƏYACAN TƏBİLİ ÇALINMALIDIR!!!

n

17/12/2011 - 12:46 KARLARA XÜSUSİ XÜTBƏ XİDMƏTİ

n

16/12/2011 - 15:48 QMİ DİNİ QADAĞALAR QARŞISINDA NİYƏ SUSUR?

n

16/12/2011 - 12:38 YUNANLARDAN AZANA ÇİRKİN MÜDAXİLƏ

n

14/12/2011 - 20:49 BAŞQALARINA ÖYRƏDİB, ÖZÜMÜZ MƏHRUM OLDUQ

n

12/12/2011 - 17:55 İSRAİL QÜDSDƏKİ MÜQƏDDƏS MƏSCİDƏ GİRİŞİ YASAQLAYIB

n

12/12/2011 - 16:48 MƏKKƏ GENİŞLƏNDİRİLİR

n

06/12/2011 - 17:00 KƏRBƏLAYA REKORD SAYDA ZƏVVAR TOPLANIB

n

06/12/2011 - 10:38 GÜRCUSTANDA MÖHTƏŞƏM TASUA YÜRÜŞÜ

n

06/12/2011 - 09:30 BU GÜN AŞURADIR

n

05/12/2011 - 13:41 MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ AŞURA HAQQINDA

n

03/12/2011 - 15:46 İLAHİYYATÇI ALİM ŞEYXİN İDDİALARINA CAVAB VERDİ

n

28/11/2011 - 12:26 TÜRKİYƏ RƏSMƏN MƏHƏRRƏMLİK AYINI MATƏM AYI ELAN ETDİ

n

21/11/2011 - 16:07 RUSLARIN MÜSƏLMAN QEYRƏTİ, İSLAM SEVGİSİ

n

18/11/2011 - 10:50 CƏMİYYƏTİN İNKİŞAFININ KÖKÜNDƏ NƏ DAYANIR?

n

15/11/2011 - 16:27 İSLAM PEYĞƏMBƏRİNİN HƏDİSLƏRİ AVROPA KÜÇƏLƏRİNDƏ

n

15/11/2011 - 10:36 BU GÜN QƏDİR-XUM BAYRAMIDIR

n

09/11/2011 - 14:10 AZƏRBAYCAN SƏFİRİ İRANDA MÜCTƏHİDLƏRLƏ GÖRÜŞÜB

n

04/11/2011 - 10:51 BU GÜN İMAM MƏHƏMMƏD BAQİRİN (Ə) ŞƏHADƏT GÜNÜDÜR

n

02/11/2011 - 12:15 ALLAHIN LƏNƏTİNİ YOX, RƏHMƏTİNİ QAZANIN!

n

02/11/2011 - 10:08 MİSİR MÜFTİSİ BÜTÜN DÜNYANI HEYRƏTLƏNDİRDİ

n

31/10/2011 - 17:31 DÜŞÜNCƏ FƏRQLİLİYİ

n

25/10/2011 - 08:57 QAFQAZIN DİNİ LİDERLƏRİ İRƏVANA TOPLAŞACAQ

n

24/10/2011 - 09:18 AZƏRBAYCANDAN İKİNCİ HƏCC KARVANI YOLA DÜŞDÜ

n

21/10/2011 - 10:00 DÜNYADA İLK DƏFƏ. BUZDAN MƏSCİD TİKİLƏCƏK

n

14/10/2011 - 13:04 EVDAR QADIN OLMAQ İSTƏYİRƏM! EŞİDƏN YOXDUMU!

n

07/10/2011 - 17:20 ORTA ASİYANIN ƏN BÖYÜK MƏSCİDİ TİKİLƏCƏK

n

24/09/2011 - 12:21 HƏR CÜMƏ NAMAZ QILDIRAN DÖVLƏT BAŞÇISI

n

20/09/2011 - 18:38 BİZƏ QEYRƏTSİZLİK AŞILAYIRLAR

n

24/08/2011 - 17:27 İSLAMI QƏBUL EDƏN MƏŞHUR ULDUZLAR

n

23/08/2011 - 16:55 GÜRCÜSTAN AZƏRBAYCANLILARI GMİ-yə QARŞI

n

22/08/2011 - 15:08 TÜRKİYƏDƏ İFTAR TEZ AÇILIR, NAMAZ ERKƏN QILINIR

n

20/08/2011 - 15:16 BÖYÜKLƏRİMİZƏ NİYƏ VAXT AYIRA BİLMİRİK?!

n

19/08/2011 - 18:14 ALÇALDICI SUALLARA MƏHŞURLARIN CAVABI

n

12/08/2011 - 18:00 GÜRCÜSTAN DİNDARLARININ ÜGMİ-yə EİRAZLARI VAR

n

08/08/2011 - 16:18 İSLAMIN İNTELEKTUAL İNSANLARA MESAJI

n

05/08/2011 - 15:13 DUA ETMƏYİN 10 QAYDASI

n

04/08/2011 - 16:31 DİN İFTİRAÇILARNIN ARXASINDA KİM DURUR?

n

03/08/2011 - 19:28 ATEİST İFTİRALARINA CAVAB

n

02/08/2011 - 16:20 FTB İSLAMI ÖYRƏNİR

n

29/07/2011 - 12:14 TERRORÇUYA TERRORÇU DEMƏYƏ ÇƏKİNƏN QƏRB

n

28/07/2011 - 15:48 DÜNYANIN ƏN BÖYÜK TORPAQ MƏSCİDİ

n

13/07/2011 - 12:51 AVSTRALİYADA İSLAM MUZEYİ AÇILACAQ

n

12/07/2011 - 12:51 XRİSTİAN PREZİDENTİN OĞLU MÜSƏLMAN OLDU

n

07/07/2011 - 15:42 "MƏNƏVİYYATSIZLIĞIN BAİSKARI HAKİMİYYƏTDİR"

n

06/07/2011 - 17:41 MİLLİ MENTALİTETİMİZ AVROPAYA İNTEQRASİYA İLƏ UZLAŞIRMI?

n

04/07/2011 - 17:20 İSLAM - İZZƏT, QEYRƏT VƏ AZADLIQ DİNİDİR!

n

04/07/2011 - 11:13 ŞƏBAN AYI NƏDİR?

n

02/07/2011 - 16:49 DİNLƏYİN, QAYĞI GÖSTƏRİN, SEVGİNİZİ HİSS ETDİRİN!

n

30/06/2011 - 13:45 BU GÜN İSLAM DÜNYASINDA ƏLAMƏTDAR GÜNDÜR

n

23/06/2011 - 11:26 "ZALIMLAR HEÇ VAXT SƏADƏT ÜZÜ GÖRMƏZLƏR!"

n

17/06/2011 - 12:32 ÖLÜMDƏN QABAQ SORUŞULMASI LAZIM OLAN 40 SUAL

n

16/06/2011 - 15:25 ABŞ HƏBSXANALARINDA İSLAMIN YÜKSƏLİŞİ

n

16/06/2011 - 10:30 BU GÜN İMAM ƏLİ (Ə)-ın DOĞUM GÜNÜDÜR


Google-də Axtar
FaktXeber-də Axtar

Günün Sitatı
ƏLİ KƏRİMLİ
"Azərbaycan hökumətinə yaxın bir qrup insanın xeyli sayda inanclı kəsimin sevdiyi şəxsi təhqir etməsi yanlış bir addımdır"
Xəbərlərimiz
 
Bizim yazarlar
Cavid İmamoğlu
cavid-113@mail.ru

ELMLƏR AKADEMİYASINA GEDƏN YOL
Tural Həsənli
hesenli.t@gmail.com

BİZƏ BU DA AZDIR
Aqil Mehdi
aqilmehdi@gmail.com

"EUROVİSİON" NƏ QƏŞƏY ŞEY İMİŞ
Emilya Tağıyeva

AŞKARDA ŞEYTANA LƏNƏT EDIB, GIZLINDƏ ONA ITAƏT ETMƏYƏK
Xəyal Şükür

BİRDƏN GEYLƏR "AZADLIQ" MEYDANINI İSTƏDİLƏR
Əli Hüseynli
eli.huseynli@gmail.com

ABŞ SEÇKİLƏRİ VƏ EURONEWS BAXIŞI
 
Qonaq yazarlar
Mayis Güləliyev

BEYNƏLXALQ MALİYYƏ İNSTİTU VƏ AZƏRBAYCAN
Nurəddin İsmayıl

ÖZ DƏRDİNƏ GÜLƏN İNSANLAR
Əziz Sahiboğlu

VAXT VAR İDİ, PAPAQ QEYRƏT SAYILIRDI...
Xuraman

FÜRSƏT, BU FÜRSƏT
 
Türk yazarlar
Fuat Türker

Allah Kadını İşitti
İbrahim Akın

Kadrolu Din Adamı Olunmaz
 
Arxiv



Valyuta Çevirici
Valyuta.com
 
Sayğac

Hava Haqqında
 


 ANA SƏHİFƏ   |   ÜNSİYYƏT   |   SAYTINA ƏLAVƏ ET

Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR  . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.