FaktXeber.com-un verdiyi məlumata görə, "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin monitorinqi davam edir. Mərkəz 2003-cü ildən bu yana itkilərin və yaralıların adlı xronologiyasını açıqlamağa başlayıb. Monitorinq KİV-də əksini tapan məlumatlar əsasında aparılıb.
Təşkilat ilkin olaraq 2003-cü ildə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda baş verən itkilərin adlı xronologiyasını təqdim edir. Mətbuatda əksini tapan məlumatlara istinad edərək adlı siyahı üzrə 2003-cü ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 57 nəfər təşkil edib. Ötən müddətdə 35 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə döyüş itkiləri 23 nəfər (16 nəfər erməni gülləsi, 7 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 34 nəfər təşkil edir. 3 nəfər naməlum səbəbdən, 5 nəfər bədbəxt hadisədən (qar uçqunu, suda boğulma), 1 nəfər avtoqəzadan, 7 nəfər xəstəlikdən (və ya zəhərlənmə), 10 nəfərsə bir-birinə qarşı silah tətbiq etmək - qeyri-nizamnamə hadisələrindən dünyasını dəyişib. 8 nəfərsə intihar edib. Dünyasını dəyişənlərin 54-ü Müdafiə Nazirliyinin, 2-i Dövlət Sərhəd Xidmətinin, bir nəfərsə Ədliyyə Nazirliyinin hərbi qulluqçusu olub.
Yaralılara gəldikdə isə 2 nəfər qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 14 nəfər bədbəxt hadisələrdən (qumbara partlayışı və propan qazı), 17 nəfər erməni gülləsindən, 2 nəfər mina partlayışından yaralanıb və ya xəsarət alıb. Onların 1-i Dövlət Sərhəd Xidmətinin, 34-ü isə Müdafiə Nazirliyinin hərbi qulluqçularıdır.
ADLI SİYAHI
Dünyasını dəyişib
(adı, çağırıldığı rayon hərbi komissarlığı, təmsil olunduğu güc strukturu, hadisənin baş verdiyi tarix və yer, hadisənin səbəbləri)
1. Əsgər Babək Novruzov (Şəmkir RHK), MN, 8-9 yanvar, Zaqatala, naməlum atəş
2. Əsgər Zabil hacıyev (Laçın RHK), MN, 13 yanvar, Naftalan, difteriya
3. Əsgər Vuqar Məmmədvəliyev (Bərdə RHK), MN, 25-28 yanvar, Gədəbəy, kəskin-ürək-damar çarışmazlığı
4. Əsgər Niyazi Əliyev (Şəmkir RHK), MN, badamdar, İntihar (güllə)
5. Əsgər Vüqar Baxşiyev (Yasamal), MN, Goran, Sarılıq xəstəliyi
6. Əsgər Fikrət Sadıqov (Naxçıvan RHK), MN, Naxçıvan, ürək-damar çatışmazlığı
7. Əsgər Elmir Ağayev (Yardımlı RHK), MN, Xanlar, qar uçqunu
8. Əsgər Güləhməd Abdullayev (Lerik RHK), MN, Xanlar, qar uçqunu
9. Əsgər Ruskan Behbudov (Bərdə RHK), MN, Füzuli, Ehtiyatsızlıq
10. Əsgər Mikayıl Ağayev (Binəqədi RHK), MN, Şamaxı, İntihar (asılma)
11. Əsgər Camal Sıxcanov (Lənkəran RHK), MN, Tərtər, intihar
12. Mayor Oqtay Seyidov, Respublika Hərbi Komissarlığı, Göyçay, Avtomobil qəzası
13. Əsgər Mirağa Məmmədov (Sabunçu RHK), MN, Bərdə, güllə yaraları
14. Gizir İsmayıl Qəhrəmanov (Naftalan RHK), MN, Ağdam, intihar (güllə)
15. Əsgər Samir Zamanov (Şahbuz RHK), MN, Beyləqan, intihar (özünü asıb)
16. Əsgər Ömər Əliyev (Ağdam RHK), ƏN, Bakı, ehtiyatsızlıq
17. Əsgər Hafiz İsmayılov (Beyləqan RHK), MN, Murov, erməni gülləsi
18. Əsgər İqbal Həsənov (Lənkəran RHK), MN, Tərtər, erməni gülləsi
19. Əsgər Mustafa Babayev (Qusar RHK), MN, Tərtər, erməni gülləsi
20. Əsgər Qəhrəman Bayramov (Astara RHK), MN, Naftalan, güllələnmə
21. Əsgər Namiq Mustafayev (Hacıqabul RHK), MN, 29 iyun, Füzuli, erməni gülləsi
22. Əsgər Ramin Məmmədov (Sabunçu RHK), MN, 30 iyun, Culfa, suda boğulub
23. Əsgər Aqil Allahverdiyev (Sumqayıt RHK), MN, iyun, güllələnib
24. Leytenant Zaur Həbibov (Xətai RHK), MN, 1 iyul, Füzuli, erməni gülləsi
25. Leytenant Rövşən Yusifov (Nizami RHK), MN, 5 iyul, Füzuli, erməni gülləsi
26. Zabit Vidadi Salayev (Lənkəran), MN, 5 iyul, Füzuli, erməni gülləsi
27. Əsgər Fəxri Şahbazov (İmişli RHK), MN, 11 iyul, Tərtər, erməni gülləsi
28. Kapitan Məhiyəddin Hümbətov (Qubadlı RHK), MN, 14 iyul, Füzuli, erməni gülləsi
29. Gizir Zahir Hüseynov (Gəncə), MN, 14 iyul, Füzuli, erməni gülləsi
30. Əsgər Cəfər Babayev (Şərur RHK), 17 iyul, MN, Şahbuz, erməni gülləsi
31. Əsgər Yavər Həsənov (Binəqədi RHK), MN, 18 iyul, Beyləqan, qeyri-nizamnamə hərəkətləri
32. Baş leytenant Azər Eyvazov (Sumqayıt RHK), MN, 23 iyul, Tovuz, mina partlayışı
33. Baş leytenant Zaur Nurullayev (Lənkəran RHK), MN, 23 iyul, Tovuz, mina partlayışı
34. Leytenant Elman Məmmədov (Ağdam RHK), MN, 4 avqust, Gədəbəy, erməni gülləsi
35. Baş leytenant Adıgözəl Bəşirov (Zəngilan RHK), MN, 5 avqust, Goranboy, mina partlayışı
36. Kiçik çavuş Cavid Şahbazov (Lerik RHK), MN, 5 avqust, Goranboy, mina partlayışı
37. Əsgər Ruslan Ağayev (Sumqayıt RHK), MN, 5 avqust, Goranboy, mina partlayışı
38. Əsgər Ramal İsayev (Şəki RHK), MN, 5 avqust, Goranboy, mina partlayışı
39. Əsgər Cavid Qəhrəmanov (Beyləqan RHK), MN, 5 avqust, Goranboy, mina partlayışı
40. Əsgər Namaz Muradov (Lerik RHK), MN, 24 avqust, Ağdam, erməni gülləsi
41. Əsgər Mahir Yusifov, MN, 25 avqust, Ağdam, erməni gülləsi
42. Əsgər Cümşüd Nəsirov (Dəvəçi RHK), MN, 26 avqust, Ağcabədi, erməni gülləsi
43. Əsgər Vüsal Quliyev, MN, 31 avqust, Gəncə, Sarılıq xəstəliyi
44. Əsgər Roman Cəfərov (Binəqədi RHK), MN, 8 sentyabr, Şağan, intihar
45. Əsgər Elçin İsmayılov (İmişli RHK), MN, 9 sentyabr, Gədəbəy, intihar
46. Əsgər Elçin Sadıqov (Gədəbəy RHK), MN, 14 sentyabr, Gədəbəy, qeyri-nizamnamə hərəkətləri
47. Əsgər Vüsal Quliyev (Balakən RHK), MN, 14 sentyabr, Gəncə, intihar
48. Əsgər Fazil Qafarov (Şəki RHK), MN, 19 sentyabr, Bərdə, qeyri-nizamnamə hərəkətləri
49. Əsgər Vaqif Əhmədov (Ağsu RHK), MN, 30 sentyabr, Qusar, ürək çatışmazlığı
50. Baş leytenant Xəyyam Paşayev (Binəqədi RHK), MN, 5 oktyabr, Tərtər, qeyri-nizamnamə hərəkətləri
51. Əsgər Rəvan Ağayev (Bərdə RHK), MN, oktyabr, Piriküşkül, qeyri-nizamnamə hərəkətləri
52. Əsgər Vüqar Cabbarov (Masallı RHK), MN, 11 noyabr, Xanlar, qeyri-nizamnamə hərəkətləri
53. Əsgər Araz Əhədov (Masallı RHK), MN, 11 noyabr, Xanlar, xəstəlik
54. Əsgər Saleh Ömərov (Kürdəmir RHK), DSX, 8 dekabr, Lerik, qar uçqunu
55. Əsgər Rəşad Musayev (Binəqədi RHK), DSX, 8 dekabr, Lerik, qar uçqunu
56. General Hacırəhim Məmmədov, MN, dekabr, naməlum
57. Əsgər Dadaş Dadaşov (Masallı RHK), MN, 23 dekabr, Füzuli, erməni gülləsi
Yaralanıb
1. Əsgər Rizvan Əbiyev (Cəlilabad RHK), DSX, 8-9 yanvar, Zaqatala, naməlum atəş
2. Əsgər Şahin Əbdürrəhmanov (Quba RHK), MN, 8 yanvar, Ağdam, erməni gülləsi
3. Əsgər Elsevər Niftəliyev (Xaçmaz RHK), MN, 5 aprel, Bakı, əsgər yoldaşının gülləsi
4. 7 əsgər (adları açıqlanmır), MN, 4 iyun, Daşkəsən, qumbara partlayışı
5. Əsgər Ruslan Məlikov (Yasamal RHK), MN, 7 iyun, Daşkəsən, qumbara partlayışı
6. 8 əsgər (adları açıqlanmır), MN, 1 iyul, Füzuli, erməni gülləsi
7. 4 əsgər (adları açıqlanmır), MN, 5 iyul, Füzuli, erməni gülləsi
8. Əsgər Taleh Rzayev, MN, 8 iyul, Füzuli, erməni gülləsi
9. Əsgər Elçin Nağıyev (Babək RHK), MN, 14 iyul, Şahbuz, erməni gülləsi
10. Əsgər Niyazi Əliyev (Şəmkir RHK), MN, 5 avqust, Ağdam, mina partlayışı
11. Əsgər Rəşad Məmmədov, MN, 18 avqust, Ağdam, erməni gülləsi
12. Əsgər (adı açıqlanmır), MN, 1 oktyabr, Füzuli, erməni gülləsi
13. Baş leytenant İlham Rüstəmov, MN, 20 oktyabr, Ağdam, mina partlayışı
14. 6 əsgər, MN, 17 dekabr, Bakı, propan partlayışı
Əli Hüseynli