FaktXeber.com xəbər verir ki, Bakıda, Aeroport şosesində bu gün günorta saatlarında marşrut avtobusu ilə minik avtomibili toqquşub. 3 saylı Kliniki Xəstəxananın qəbul şöbəsindən Trend-ə verilən məlumata görə, xəstəxanaya 10-a yaxın yaralı gətirilib və hazırda onlar xəstəxanaya yerləşdirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Suraxanı Rayon Polis İdarəsindən isə bildirilib ki, qəza Köhnə Suraxanıdan Yeni Suraxanıya gedən yolda baş verib. Hadisə zamanı 11 nəfər xəsarət alıb və 3 saylı Kliniki Xəstəxanaya aparılıb.
Polisdən bildirilib ki, qəzanı törədən 162 saylı marşrut avtobusu ilə "Prado" markalı avtomobil olub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.