FaktXeber.com-un verdiyi məlumata görə, dünya birjalarında neftin qiymətinə ucuzlaşma müşahidə olunub. Belə ki, Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 25 sent azalaraq 101,31 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda isə “Brent” markalı neftin bir barrelinin qiyməti 61 sent düşərək 112,45 dollar təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə isə “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 77 sent enərək 113,22 dollara satılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.