ÖTƏN İL PARTLAMAMIŞ HƏRBİ SURSATLARLA BAĞLI 11 HADİSƏ QEYDƏ ALINIB
10-01-2012 / 13:51
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən FaktXeber.com-a daxil olan məlumata görə, ölkə ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların Vahid Məlumat Bazasının yaradılması və zərərçəkmişlərin problemlərinin həlli istiqamətində fəaliyyətini davam etdirir.
İctimai Birlik 2011-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir ki, 2011-ci il ərzində minaların və partlamamış hərbi sursatın partlaması ilə əlaqədar 11 hadisə baş verib. Bu hadisələr Füzuli, Ağdam, Tərtər, Goranboy, Tovuz, Beyləqan və Ağdaş rayonlarının ərazisində qeydə alınıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.