DAHİ RƏSSAMIN DAHA BİR ƏSƏRİNİN OĞURLANDIĞI BİLDİRİLİR
10-01-2012 / 13:46
FaktXeber.com-un CNN-ə istinadən verdiyi məlumata görə, Yunanıstanın paytaxtı Afinadakı incəsənət qalereyasından iki əsər oğurlanıb. Oğurlanan əsərlərdən biri Pablo Pikassonun “Qadın Kəlləsi” tablosudur.
Binadakı mühafizəçi oğrunu görsə də onu yaxalamağa müvəffəq olmayıb. Mühafizəçi zalları gəzərkən iki tablonun oğurlandığını müəyyən edib.
Qeyd edək ki, Pablo Pikasso 1939-cu ildə çəkdiyi “Qadın Kəlləsi” əsərini özü muzeyə hədiyyə edibmiş.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.