NARKOTİKLƏ YAXALANDI, HƏM DƏ OĞRU OLDUĞU AŞKARLANDI
Narkotik vasitə istifadəçisinin digər cinayət əməlləri də ortaya çıxıb
10-01-2012 / 13:41
Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qafarovdan 0,267 qram heroin aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, araşdırma zamanı müəyyənləşdirilib ki, A.Qafarov, həmçinin müxtəlif vaxtlarda Aygün Qasımova, Elxan Sadıxov, Əlimuxtar Qasımov, Teymur Cümşüdov, Kərəm Sərdərov, Şahsəddin İsrafilov və Sevil Ələkbərovanın mənzillərindən pul, qızıl zinət-əşyaları, televizor, mobil telefon, noutbuk, videokamera və məişət əşyaları oğurlayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.