FİFA tərəfindən ilin ən yaxşı futbolçusuna verilən ''Qızıl Top'' mükafatını 3-cü dəfə ardıcıl olaraq argentinalı Lionel Messi qazanıb
10-01-2012 / 11:12
FaktXeber.com "ESPN" saytına istinadən xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Birliyi (FIFA) tərəfindən ilin ən yaxşı futbolçusuna verilən ''Qızıl Top'' mükafatını ardıcıl olaraq 3-cü dəfə argentinalı Lionel Messi qazanıb.
Təqdimat mərasimi İsveçrənin Sürix şəhərində keçirilib. Messi, mükafat mərasimindəki çıxışı zamanı bildirib ki, bu mənim üçün həqiqətən çox böyük iftixardır. Böyük bir zövqdür. 3-cü dəfə bu mükafatı qazandım. Mənim üçün səs verənlərə, "Barselona" və Argentina milli komandasına, dostlarıma, məşqçilərimə təşəkkür edirəm.
24 yaşlı Messi, ''Mükafatı, namizədlər arasındakı komanda yoldaşım Xavi ilə paylaşmaq istəyirəm. O da bu mükafata layiqdir. Bunu səninlə paylaşacağam, çünki sən də mənim qədər bu mükafata layiqsən.", - deyib.
"Qızıl Top" mükafatının bu ilki namizədləri arasında Lionel Messi və Xavi (Barselona) ilə Kristiano Ronaldo (Real Madrid) olub.
2011-ci ilin ən yaxşı baş məşqçisi isə “Barselona” klubunun çalışdırıcısı Xosep Qvardiola seçilib.
Qeyd edək ki, indiyədək karyeraları ərzində yalnız Yohan Kroyf, Marko van Basten və UEFA-nın hazırki prezidenti Mişel Platini üç dəfə “Qızıl top”u qazanıblar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.