İşğalçı Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini bir neçə istiqamətdə atəşə tutub
10-01-2012 / 10:18
Ermənistan Ordusunun bölmələri yanvarın 9-da saat 16.10-dan 16.30-dək Ermənistan Respublikasının Berd rayonunun Mososqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi, saat 17.00-dan 17.05-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən mövqelərimizi, saat 22.15-dən 22.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, yanvarın 10-da saat 00.05-dən 00.20-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.