LEOPARDIN BİR ZƏRBƏSİNƏ BAŞININ DƏRİSİNİN YARISINI İTİRDİ
09-01-2012 / 18:22
FaktXeber.com-un "The Sunday İndian"a istinadən verdiyi məlumata görə, Hindistanın Assam ştatının Quvaxati şəhərində 4 nəfər leopard hücumuna məruz qalaraq yaralanıblar. Yırtıcı şəhərin mərkəzi küçələrində birinə daxil olub. Sakinlər onu qovmağa çalışdıqda isə vəhşi leopard hücuma keçib. Leopard demək olar ki, bir zərbəyə sakinin başının dərisini qoprdıb.
Şəhər heyvanxanasının onlarla əməkdaşı leopardı keyidərək onu tutmağa nail olublar. Yırtıcını Quvaxati şəhər heyvanxanasına aparıblar.
Leopardın Yaxınlıqdakı Nabaqraha meşəsindən şəhərə daxil olduğu bildirilir.
Qeyd edək ki, son zamanlar Hindistanda məskunlaşmanın artması ilə əlaqədar bu cür halların artması müşahidə olunur. Buna səbəb isə məskunlaşmanın artması ilə heyvanların ərazilərdə sıxışdırılmasıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.