KANALİZASİYA KOLLEKTRİNƏ DÜŞƏN KÖRPƏNİN CƏSƏDİ TAPILIB (yenilənib)
Ana yarım saat müddətində bir əlində uşaq arabası digər əli ilə səkinin kandarından yapışaraq kanalizasiyada sallanılı vəziyyətdə qalıb
09-01-2012 / 18:15
Faktxeber.com-un verdiyi məlumata görə, Rusiyanın FHN xilasediciləri dünən kanalizasiya kollektrinə düşən uşağın cəsədini tapıblar.
Xatırladaq ki, dünən gənc ana yaşyarımlıq uşağını arabacıqda gəzdirərkən səkinin çökməsi nəticəsində kanalizasiya kollektoruna düşmüşdü.
Hadisənin şahidi olanlar tez polis və xilas ediciləri çağırırlar. Bir əli ilə arabacıqdan möhkəm yapışmış, digər əli ilə səkinin kənarından yapışmış ananı xilas etmək mümkün olub, lakin körpə arabacıqda yox imiş.
Şahidlərin sözlərinə görə, bəlkə də körpəni xilas etmək mümkün olarmış. Çünki təqribən yarım saat hadisə yerinə gələn polislər yaranmış dəliyə tərəf getməkdən qorxublar.
Bütün bu müddət ərzində qadın ümidcəsinə sallanıb, oğlunun isə batanacan ağlamaq səsi gəlib.
Qadını ilk xilas edən polis zabiti Vladimir Didenko olub. 31 yaşlı hüquqmühafizə əməkdaşı öz şəriki ilə birlikdə Tatayananı xilas edir və heç bir qoruyucu ip olmadan kollektora tullanır. Lakin artıq gec olur...
Tatyana Didenko xəstəxanaya çatdırılıb. O, ağır şok keçirir, belə ki, hətta uzun müddət nə uşağın adını, nə də cinsini xatırlaya bilməyib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.