Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yaradıldı
09-01-2012 / 18:06
FaktXeber.com xəbər verir ki, bu gün KXCP qərargahında Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə keçirilən yığıncaqda Klassik Xalq Cəbhəsi Partiyasının sədri M. Mirəlioğlu, Aydınlar Partiyasının sədri Q.Əlibəyli, Açıq Cəmiyyət Partiyasının sədri V. Mahmudov, Liberal-Demokrat Partiyasının sədri F. Əliyev və Azadlıq Partiyasının sədri Ə.Orucun və Vətəndaş Hərəkatı Forumunun təmsilçisi M.Bəhramovun iştirakı ilə növbəti yığıncaq keçirilib.
Yığıncaqda yeni qurumun Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı adlandırılması qərara alınıb. Hərəkatın fəaliyyət istiqamətləri və strukturu ilə bağlı razılaşmalar əldə edilib.
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təsis yığıncağı- siyasi partiyaların, ictimai təşkilatların, gənclər təşkilatlarının, istiqlalçı millət vəkillərinin və ziyalıların iştirakı ilı 2012-ci il yanvar ayının 12-də saat 16-da keçiriləcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.