MOSKVADA RESTORANLARDAN BİRİNDƏ YANĞIN BAŞ VERİB: ÖLƏN VƏ YARALANANLAR VAR
Hadisə zamanı restoranda 50-yə yaxın adam olub
09-01-2012 / 17:45
Faktxeber.com-un verdiyi məlumata görə, Moskvanın mərkəzi küçələrinin birində «Il Pittore» italyan restoranında yanğın baş verib. Hadisə zamanı restoranda 50-yə yaxın adam olub.
«İnterfaks»sın verdiyi məlumata görə, yanğın nəticəsində 2 nəfər həlak olub, 26 nəfər isə yaralanıb. Xəsarət alanlardan arasında uşaq olmaqla 3-nün vəziyyəti ağırdır.
Hazırda xilasetmə işləri davam edir.
İlkin versiya olaraq faciənin əsas səbəbi məişət qazının partlaması göstərilir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.