İCTİMAİ PALATADA İSA QƏMBƏR VƏ ƏLİ KƏRİMLİNİ İSTƏMƏYƏN KİMLƏRDİR?
Mehman Cavadoğlu: "Təbii ki, bu məsələdə şəxsi münasibətlərin də təsiri var. Seçkinin nəticələrinə baxdıqda belə bir nəticəyə gəlmək olar ki, İP öz hədəfinə çatıb"
09-01-2012 / 16:14
Məlum olduğu kimi dünən İctimai Palata izdihamlı sessiya və Koordinasiya Şurasının tərkibinin müəyyən olunması ilə bağlı seçkilər keçirib. Seçkinin nəticələrində sonra cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, İP-da yenə də fikir ayrılıqları mövcuddur. Belə ki, bunu İP-nın liderlərindən hesab olunan Əli Kərimlinin, İsa Qəmbərin, Pənah Hüseynin və müxalifətin aparıcı qəzetləri olan “Yeni Müsavat”ın baş redaktoru və “Azadlıq” qəzetinin nümayəndəsinin əleyhinə verilən kifayət qədər səs faizlərinin olması ilə izah edirlər.
Sözügedən məsələni FaktXeber.com-a şərh edən Müsavat Partiyasının başqan müavini Mehman Cavadoğlu, seçkinin müxtəlif fikir və rəy ayrılıqlarının olduğuna görə, keçirildiyini bildirdi: “Belə bir nəticələrin əldə edilməsi bir daha İP-nın demokratik təşkilat olmasını sübut elədi. Əgər hamı liderin lehinə səs verəcəkdisə, onda seçkinin keçirilməsini heç bir mənası olmayacaqdı.”
Seçkilərin keçirilməsində əsas məqsədin qalib gəlmək olduğunu qeyd edən Mehman bəy, “liderlərin əleyhinə bir neçə şəxsin səs verməsi seçkilərdə normal bir haldır. Buna görə hər hansı bir fikir ayrılığı axtarmaq, məsələyə səthi yanaşmaqdan xəbər verir”, - deyə bildirdi: “Əsas olan budur ki, İP-nın aparıcı fiqurları şəffaflıqla qurumda təmsil olundular. Bu bir daha ondan xəbər verir ki, İP prinsipial mövqedən çıxış etmək iqtidarında olan bir qurumdur.”
“İP-da olan 258 üzvün 20-30%-nin liderin əleyhinə səs verməsi belə bir qurum üçün ciddi problem deyilmi” - sualına da aydınlıq gətirən başqan müavini, bu cür məsələlərin qətiyyən ciddi bir problem olmadığını qeyd etdi: “Təbii ki, bu məsələdə şəxsi münasibətlərin də təsiri var. Seçkinin nəticələrinə baxdıqda belə bir nəticəyə gəlmək olar ki, İP öz hədəfinə çatıb. Seçki yolu formalaşmış rəhbərliyin tam tərkibinin yeni İdarə Heyətinə düşməsi bir daha göstərdi ki, əsas fiqurlar əvvəldən də düzgün seçilmişdir. Keçirilən azad və ədalətli seçkilərlə bu bir daha sübut olundu.”
Apardığımız araşdırmalar zamanı bəlli oldu ki, İP daxilində liderlər əleyhinə səs vermiş şəxslər, son zamanlar ölkə mediasında bu şəxslərə qarşı sərt mövqe nümayiş etdirənlər və onlara yaxın şəxslərdir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.