UŞAĞIN BƏDƏNİNƏ BATAREYA YERLƏŞDİRƏRƏK ONU AYAĞA QALDIRDILAR
Robbi Ouenstoun 3 yaşından etibarən sinir siteminin pozğunluğu ilə nəticələnən "Distoniya" xəstəliyinə tutulmuşdu
09-01-2012 / 13:16
Faktxeber.com-un verdiyi məlumata görə, britaniyalı həkimlər mərkəzi sinir sistemində olan pozğunluğu nəticəsində hərəkətlərinə nəzarət edə bilməyən Robbi Ouenstouna batareya yerləşdirməklə yenidən həyatı tam hissetməsinə nail olublar.
Həkimlər 6 saatlıq əməliyyatdan sonra uşağın beyninə iki elektrod və bədəninə bir bataeya yerləşdirblər.
Distoniya adı ilə tanınan sinir siteminin pozğunluğu səbəbindən uşaqda 3 yaşdan etibarən beynlə əzələ arasında rabitə qırılmağa başlayır.
Qeyd edək ki, distoniya xəstəliyinə məhkum olanlar öz orqanizminə məhdud şəraitdə nəzarət edə bilirlər, ən sadə hərəkətlər isə dəhşətli ağrılara səbəb olur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.