Rusiyanın Çelyabinsk vilayətində yerləşən Karabaş şəhəri "keçmişin qalığı" hesab edilir və 15000 əhalisi var. Karabaş şəhəri 1822-ci ildə burada qızıl mədəni tapıldıqdan sonra salınıb. Artıq XX əsrdən bu şəhərdə mis emalına başlanılıb. Bir neçə onilllik müddətində mis filizinin çıxarılması və əridilməsi şəhəri fövqəladə ekoloji zona halına salıb. SSRİ dövründə isə ekoloqlar bu barədə heç zamanlar düşünməyiblər. 100 il müddətində kombinat tullantıları ilə ətraf mühiti tamamilə məhv edib. Bir il ərzində kombinat havaya 180 ton qaz buraxır. Bu isə sulfat turşusu şəklində yağan yağışlarla geri qayıdır. Məhz buna görə də şəhər dünyanın ən çirklisi adını qazanıb. Şəhərin ətrafındakı meşə zolağı da tamamilə məhv olub. Şəhərdən keçən Sak-Elqa çayı da kombinatın qurbanları sırasındadır. Burada tullantıların həcmi normadan 500 dəfə artıqdır və çayın 100 metr kənarında demək olar ki, heç nə bitmir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.