EYNULLA FƏTULLAYEV DÜNYADA İFADƏ AZADLIĞI MÖVZUSUNDA ÇIXIŞ EDƏCƏK
Bu unikal tədbirdə dünyadan 2 mindən artıq jurnalist iştirak edəcək
09-01-2012 / 11:25
FaktXeber.com xəbər v erir ki, 1988-ci ildən bu günə kimi hər il toplaşan Skandinaviya festivalı ən möhtəşəm dünya jurnalist tədbirlərindən biri sayılır. Bu il Skandinaviya Jurnalist Festivalı Norveçdə martın 9-dan 12-nə qədər keçiriləcək. 45 sessiyadan ibarət forumda dünyanın müxtəlif ölkələrdən dəvət almış 2 minə yaxın jurnalist iştirak edəcək. Bu forum dünya mediasının aparıcı simalarının bir yerdə toplanması üçün vasitədir və bu dəfə əsas müzakirəyə çıxarılan mövzular - kütləvi informasiya vasitələrinin siyasəti, rəqəm texnologiyalarının inkişaf dinamikasının mediada tətbiqi, mətbuat azadlığının, etikasının və qərarların proqramlaşdırılması və inkişafıdır. Tədbirdə məruzəçilər sırasında Gardian qəzetinin redaktoru Alan Rasbridger, Nyu-York Tayms-ın multimedia üzrə redaktoru Andryu de deVigal, Sunday Taymsın icraçı redaktoru Tristan Devis, CNN telekanalının prezidenti Kris Kramer və digər məşhur simalar var.
Tədbirə dəvət almış məruzəçilər arasında Azərbaycandan olan jernalist Eynulla Fətullayevdir. Həmkarımız dünyada ifadə azadlığı mövzusu ətrafında xüsusi məruzə ilə çıxış edəcək.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.