AİP sədrinin müavininin məhkəməsi yanvarın 17-də olacaq
09-01-2012 / 10:44
Yanvarın 17-də Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan İslam Partiyası (AİP) sədrinin müavini Arif Qəniyevin işinə baxılacaq.
Vəkil Anar Qasımlı FaktXeber.com-a bildirib ki, hakim Zeyqəm Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə saat 11-ə təyin olunub. Proses Sumqayıt şəhər məhkəməsində olacaq.
2011-ci ilin avqust ayında tutularaq Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur.
Arif Qəniyevin istintaqı 2011-ci ilin sonlarında yekunlaşıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.