Buna səbəb havada olan istixana qazlarının tullantıları səbəbindən yaranan iqlim dəyişikliyidir
09-01-2012 / 10:39
Faktxeber.com-un verdiyi məlumata görə, ABŞ, Britaniya və Norveçdən olan bir qrup alim bildirib ki, planetdə istixana qaz tullantıları səbəbindən yaranan iqlim dəyişikliyi növbəti buz dövrünün gəlməsini təxirə sala bilər.
Onların sözlərinə görə, Yerdə yeni qlobal soyuqlaşma təqribən 1500 ildən sonra baş verməli idi. Ancaq havada istilikxana qazlarının tullantısı sabah kəsilsə belə, atmosferdə o qədər istilik var ki, buz dövrünün qarşısını alır.
Qeyd edək ki, planetimizin kifayət qədər isti iqlimi kimi xüsusiyyətlənən hazırkı dövrü holosen adlanır və təqribən 10 min il əvvəl başlayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.