Tofiq Yaqublu: "Məclis partiyanın Divanın təklifini nəzərə alaraq, VIII qurultayın vaxtını bu il mart ayının 3-4-nə təyin edib"
07-01-2012 / 16:05
FaktXeber.com-un verdiyi məlumata görə, Müsavat Partiyasının VIII qurultayının keçiriləcəyi vaxt müəyyən olunub. Bu barədə Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu məlumat verib. O, bildirib ki, qurultayla bağlı qərar partiya Məclisinin bu gün ki, iclasında qəbul olunub.
“Məclis partiyanın Divanın təklifini nəzərə alaraq, VIII qurultayın bu il martın 3-4-nə təyin olunub. Bununla bağlı Qurultayın Təşkilat Komitəsinə tapşırılıb ki, qərardan irəli gələn işləri həyata keçirsin .“,-deyə Tofiq Yaqublu bildirib.
Partiyanın 84 rayon təşkilatının 57-də qurultaya hazırlıqla bağlı konfranslar sona çatıb. Qurultaya 544 nümayəndə seçilib. Digər rayon təşkilatlarında isə yığıncaqların keçirilməsinə hazırlıq gedir.
Qeyd edək ki, Partiya Məclisi qurultayın Arzu Səmədbəylinin sədrliyi ilə paytaxt Bakıda yerləşən Şəhriyar adına Mədəniyyət Sarayında keçirilməsini məqsədəuyğun hesab edib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.