MÜXALİFƏTİN VAHİD NAMİZƏDLƏRİNDƏN BİRİ DƏ ÜMİD PARTİYASIDIR
İqbal Ağazadə: "Namizədin kimliyi partiyanın nizamnaməsinə uyğun olaraq Qurultayda müəyyənləşəcək"
07-01-2012 / 13:15
“Ümid Partiyası Qarabağ Bloku çərçivəsində fəaliyyət göstərir və Qarabağ Blokunun 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək niyyəti var.” Bu sözləri Ümid Partiyasını sədri İqbal Ağazadə FaktXeber.com-a açıqlamasında bildirib.
Namizədin kimliyinin partiyanın nizamnaməsinə uyğun olaraq Qurultayda təyin olunacağını söyləyən İqbal Ağazadə, növbəti Qurultayın may ayına qədər keçiriləcəyini qeyd etdi.
Digər müxalifət nümayəndələrinin vahid namizədlə bağlı təkliflərini dəstəkləyəcəklərini də vurğulayan İqbal bəy, bu təşəbbüsü əvvəldən dəstəklədiklərini bildirdi: “Müxalifətin vahid namizədlərindən biri də Ümid Partiyasıdır.”
Qeyd edək ki, 2013-cü ildə ölkədə növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərə 2 ilə yaxın vaxt qalmasına baxmayaraq, bu yöndə müzakirələr indidən başlayıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.