FaktXeber.com-un "İtar-Tass" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiyanın "Admiral Çabanenko" esminesinin (eskadra mina gəmisi) və "Yaroslav Mudri" freqatının sabah Suriyanın Tartus limanına çatması gözlənilir.
Rusiya Donanmasının adı açıqlanmayan bir nümayəndəsinə istinadən verilən xəbərdə bildirilir ki, Aralıq dənizidəki gəmilər Tartus limanında bir neçə gün qalacaq.
"Reuters" agentliyi isə rus gəmilərinin səfərinin Suriya prezidenti Bəşşər Əsəd hakimiyyətinə dəstək və güc nümayişi kimi qəbul edilə biləcəyini açıqlayıb.
Qeyd edək ki, Tartus limanında Rusiyanın hərbi dəniz donanması yerləşir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.