Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib
07-01-2012 / 11:55
Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub.
Müsavat Partiyasından FaktXeber.com-a verilən məlumata görə, partiyadaxili məsələnin müzakirəsi zamanı Məclisin ertəsi gün keçiriləcək sessiyası haqqında müzakirələr aparılıb və gündəlik layihəsinin son variantı təsdiqlənib.
Daha sonra partiyanın VIII Qurultayına hazırlığın gedişi haqqında məsələ müzakirə edilib. Rayon təşkilatlarında keçirilmiş yığıncaqlar və görülmüş işlər haqqında məlumat verilib. Qurultayın keçirilməsi vaxtı ilə əlaqədar Məclisə təklif qəbul olunub.
Divan həmçinin İctimai Palatanın yanvarın 8-də keçiriləcək sessiyası haqqında fikir mübadiləsi aparıb. Sessiyanın təşkili üçün görüləcək texniki işlər barəsində tapşırıqlar verilib. Sonda cari məsələlərə baxılıb.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.